“Mən prezidentlər Əliyev və Sərkisyana dedim ki, Dağlıq Qarabağda hərtərəfli nizamlama onların stabilliyi, təhlükəsizliyi və çiçəklənməsi üçün olduqca vacibdir”-Bayden tvitində yazıb.
Bununla belə Ağ Ev hələlik Cozef Baydenin Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqlarına dair məlumat yaymayıb. Xatırladaq ki, aprelin 1-də, hərbi əməliyyatların başlaması ərəfəsində Cozef Bayden Vaşinqtonda İlham Əliyevlə və Serj Sərkisyanla danışıqlar aparmışdı.
Strategiya.az