Bu barədə Strategiya.az-a Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində baş verib. Ermənilərin ağır artilleriyadan atəşi nəticəsində kənddə eüvlərdən birinə mərmi düşüb. Hadisə nəticəsində evdə olan Kəlbəcər rayonundan olan məcburi köçkün , 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı həlak olub.
Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.