Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, xalq şairinin ikinci ayağı da amputasiya edilib.
Onun sözlərinə görə, Söhrab Tahirin ayaqlarında qanqrena getdiyi üçün əməliyyat qaçılmaz olub: “Həkimlər şairin sol ayağını da amputasiya ediblər. Söhrab Tahiri artıq palataya köçürüblər. Hazırda vəziyyəti qənaətbəxşdir”. Qeyd edək ki, martın 30-da Söhrab Tahirin sağ ayağı amputasiya edilib.
Strategiya.az