“İsrailin səsi”ndən Azərbaycana dəstək

23:27 / 05.04.2016

“İsrailin səsi” dövlət radiostansiyasının israillilər arasında tanınan “Günün aktual hadisələri” verilişində Ermənistan-Azərbaycan sərhədində, habelə Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərində baş verən hadisələr geniş şərh edilib.

 radiosunun aparıcısı İqor Moldavskinin suallarını “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi, “Cəmiyyət üçün beynəlxalq layihələr” adlı qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut cavablandırıb. O bildirib ki, nizama salınmamış və dondurulmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bir daha sübut edir ki, Cənubi Qafqaz regionu sülhdən uzaqdır. İsrailli ekspert deyib: “İndiki qarşıdurma və eskalasiya hər şeydən əvvəl erməni silahlı birləşmələrinin sərhədyanı ərazidə provokasiyası ilə əlaqədardır. Təəssüf ki, Ermənistan tərəfi Azərbaycanla sülh prosesini pozmaq istəyini yenidən nümayiş etdirib, Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən qoşunların təmas xəttinə çoxsaylı hərbi qüvvə və müxtəlif texnika növlərini cəlb etməklə provokasiya törədir. Ermənistan silahlı qüvvələri aprelin 2-nə keçən gecədən başlayaraq Azərbaycan kəndlərini və yaşayış məntəqələrini güclü artilleriya atəşinə tutub, Azərbaycanın hərbi mövqelərinə ardıcıl zərbələr endiriblər. Rəsmi Bakı dəfələrlə Ermənistana bildirib və onu xəbərdar edib ki, mövcud status-kvo ilə heç vaxt razılaşmayacaq. Ermənistanın provokasiyasının qarşısının alınması, mülki əhalinin təhlükəsizliyinin təmini məqsədilə Azərbaycan Silahlı Qüvvələri Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətlərində sərt və qəti cavab tədbirləri görmək barədə qərar qəbul edib. Azərbaycan ordusu vətəndaşların təhlükəsizliyinin və öz mövqelərinin qorunması üçün Ermənistan silahlı qüvvələrinə lazımi və sarsıdıcı cavab verib və onları geri çəkilməyə məcbur edib. Azərbaycan Silahlı Qüvvələrinin əks-əməliyyatı nəticəsində Ermənistanın 6 tankı, 15-dək artilleriya qurğusu, möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, həmçinin yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb”.

Radio aparıcısının regional dövlətlərin Ermənistanla Azərbaycan arasında münaqişənin eskalasiyasına təsir göstərə bilərmi sualına cavab verən israilli ekspert qeyd edib ki, çoxvektorlu xarici siyasət aparan güclü və müstəqil Azərbaycandan fərqli olaraq, Ermənistan Respublikası bəzi regional dövlətlərin ambisiyalarından tamamilə asılıdır. “İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut vurğulayıb: “Bu gün Prezident İlham Əliyevin uğurlu geosiyasi və geoiqtisadi təşəbbüsləri nəticəsində Azərbaycan regionun qüdrətli dövlətinə və liderinə çevrilib, bu dövlətin iştirakı və razılığı olmadan dünyanın bu strateji regionunda heç bir siyasi, iqtisadi, nəqliyyat məsələsi həll edilə bilməz. Ermənistan əhalisi 1,5 milyon olan kiçik ölkədir və son illər geosiyasi təcrid vəziyyətindədir. Bu faktdır ki, Serj Sarkisyanın sözlərinə görə, müstəqil Ermənistanın əhalisini aclıqdan varlı erməni diasporu və ABŞ konqresinin sponsor yardımı xilas edir. Təəssüf ki, Ermənistan rəhbərlərinin çoxu “Böyük Ermənistan” xülyası ilə yaşamaqda davam edir. Azərbaycan torpaqlarını işğal etdiyi üçün Cənubi Qafqaz regionunda təcrid edilmiş Ermənistan Xəzər dənizinin neft və qaz ehtiyatları ilə bağlı əsas geosiyasi və geoiqtisadi layihələrdən kənarda qalıb. Bu, danılmaz faktdır ki, Ermənistan Cənubi Qafqazda ən asılı ölkədir”.

Arye Qutun sözlərinə görə, rəsmi Bakı tamamilə haqlı olaraq Qarabağ münaqişəsini rəsmi Yerevanın ərazi iddiası kontekstində nəzərdən keçirir və bu səbəbdən də münaqişəyə Azərbaycanın 1992-ci ildə BMT-yə qəbul edilən zaman beynəlxalq birlik tərəfindən təsbit edilmiş sərhədlərdə “dövlət ərazi bütövlüyü prinsipləri” çərçivəsində baxılmasını təkid edir.

“İsrailin səsi” radiostansiyasının daimi şərhçisi Arye Qut sonda deyib: “Dünən Avropa Şurası Parlament Assambleyasının Prezidenti Qarabağ münaqişəsi tərəflərini atəşkəs rejiminə əməl etməyə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarmağa çağırıb. Son hadisələr, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal altında olan torpaqlarında provokasiyası və aldığı sarsıdıcı zərbə bir daha sübut etdi ki, rəsmi Yerevan anlamalıdır: Azərbaycanın səbri daha tükənib. Qoşunların təmas xətti boyu Azərbaycan mövqelərinin ağır silahdan, o cümlədən artilleriyadan atəşə tutulması davam edir. Ermənistan işğal edilmiş ərazilərdə əlavə raket və artilleriya qüvvələrini yerləşdirərək öz ağır artilleriyasının imkanlarını artırmağa çalışır, bu ölkənin hərbi helikopterləri isə işğal edilmiş ərazilər və Ermənistan arasında intensiv uçuşlar həyata keçirir. Bakı beynəlxalq hüquq normalarına əsasən təkcə özünümüdafiə deyil, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını da azad etmək hüququna malikdir. Təəssüf ki, beynəlxalq münasibətlərdəki bugünkü reallıq sübut edir ki, güc faktoru dünyada effektiv təsirə malikdir. Bugünkü Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Bu gün Azərbaycan Cənubi Qafqazda geosiyasi proseslərin danılmaz lideridir. Onun güclü və qüdrətli ordusu var və öz gücünü nümayiş etdirmək üçün əsl məqamın yetişməsini gözləyirdi”. //AzərTac


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM