Multikulturalizm və Azərbaycanda yaşayan az saylı xalqlar. (milli mədəniyyətin inkişaf kontekstində)

12:59 / 07.04.2016

G.N.Qafarova.

 

Multikulturalizm elə bir siyasətdir ki, bütün xalqların eyni inkişafına, cəmiyyətdə yer tutmasına imkən yaradır. Azərbaycanda  əhalisinin etnik irqi və dini müxtəlifliyindən asılı olmayaraq, onların hamısının hüquq və azadlıqlarına hörmətlə yanaşılır və bu proses əsirlər boyu müşahidə olunur. Bu faktı bizim ölkəyə müxtəlif dövürlərdə gəlmiş tacirlər, səyyahlar təstiqləyir.Onların arsında, Çələbinin, Marko Polonun, Kempferın,Dümanın və d. adlarını çəkmək olar.

“Azərbaycan əsrlər boyu tolerantlıq məkanı olub. Bu gün Azərbaycanda bütün dinlərə və millətlərə məxsus abidələr qorunur, onların bərpası və yenidən qurulması dövlətin diqqət mərkəzindədir”. Bunu III Bakı Beynəlxalq Humanitar Forumunda çıxışında prezident İlham Əliyev deyib. Prezident bildirib ki, multikulturalizmin müsbət tərəfləri təşviq edilməlidir: “Multikulturalizm Azərbaycanda həyat tərzidir. 21-ci əsrdə multikulturalizmə alternativ yoxdur.

Multikultural cəmiyyətdə hər bir vətəndaş öz mədəniyyətini, dilini, ənənəsini, etnik və dini dəyərlərini inkişaf etdirmək, ana dilində məktəb açmaq, qəzet və jurnal dərc etdirmək sahələrində bərabər hüquqlara malikdir. Misal kimi, Bakı şəhərində və respublikanın bölgələrində 20-dən artıq müxtəlif mədəni mərkəz, o cümlədən rus, ukrayna, kürd, ləzgi, tat, tatar, gürcü, ingiloy, talış, avar, ahıska türkləri, yəhudi, alman, yunan, udin və bir sıra başqa milli icmalar fəaliyyət göstərir: «UNESCO-nun 2005-ci il oktyabrın 20-də qəbul etdiyi «Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya»ya uyğun olaraq, ölkəmizdə yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir, bu xalqların milli mədəniyyətinin, incəsənətinin, adət-ənənələrinin və dilinin qorunub saxlanılması üçün Mədəniyyət və Turizm Nazirliyi tərəfindən məqsədyönlü iş aparılır».[1] 

Qeyd etmək lazımdır ki, Azərbaycanın bu siyasətini təkcə siyasi elita deyil, eyni zamanda xalqımızın bütün təbəqələrinin nümayyəndələriylə yanaşı həm də milli və dini azlıqlar da dəstəkləyirlər.

Beləliklə, multikulturalizmin müxtəlif modellərinin müqayisəli təhlili nəticəsində bir neçə ümumiləşdirmə aparmaq istərdim:

1) Multikulturalizm – pozitiv sosial təzahürdür. O, cəmiyyətin inkişafı üçün münbit şərait yaradır; etnik münaqişələrin qarşısını alır və müxtəlif xalqlar arasında etimadı möhkəmlədir;

2) Multikulturalizm – cəmiyyətin mədəni müxtəliflik əleyhinə etirazını səngitmək üçün alternativ siyasət kimi meydana gəlmişdir;

3) Demokratiya multikultural cəmiyyətin formalaşmasında ən mühüm amillərdən biridir;

4) Bölgələrin tarixi inkişafının xüsusiyyətləri multikulturalizmin    fərqli modelininin yaranmasını müəyyən etmişdir;

5) Multikulturalizmin müxtəlif modelləri arasında bəzi fərqlərin olmasına baxmayaraq, heç şübhəsiz ki, multikultural cəmiyyətinin formalaşmasında və multikultural ətraf mühitin dəstəklənməsində aparıcı rol dövlətə məxsusdur.[2]

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra bütün adət və ənənələrinin bərpa edilməsi, hər bir vətəndaşa etiqad azadlığından yararlanmağa maksimum şəraitin yaradılması, eləcə də müxtəlif millətlərin və dinlərin nümayəndələrinə istənilən şərait və şərtlərdə yüksək səviyyəli diqqət və qayğının göstərilməsi ölkəmizdəki mövcud humanitar dəyərlərin, münasibət və meyllərin inkişafına təkan verib. Bu da Azərbaycanı yüksək səviyyəli dəyərlərin daşıyıcısı olan müxtəlif  xalqlar və dinlərin nümayəndələrinin mehribanlıq şəraitində yanaşı məkana çevirib.

Qeyd etmək lazımdır, Azərbaycan ərazısındə yaşayan az saylı xalqların tarixinin və mədəni irsinin öyrənilməsinə hələ XX əsrin 20-30-ci illərində başlanılmışdı. Bu araşdırmalara əsas rəhbərlik edən təşkilatlar - AzFAN və Azərbaycan Dövlət Muzeyinin nəzdində yaradılan Azərbaycanı araşdıran və öyrənən cəmiyyət, Azərbaycanın arxeoloji komitəsi, Qədim abidələrinin, incəsənətinin və təbiətinin qorunmasına dair AZərbaycan komitəsi olmuşlar. O, dövürdə yığılan elmi məlumat müasir dövrümüzdədə öz aktuallığını itirməyib, əksinə bəzi məlumatlar yalnız  ilk araşdırmalarda əks olunub, sonralar isə onlara müxtəlif səbəblər nəticəsində diqqət yetirməyiblər. Bu məsələyə elmi məqalələr həsr edən alimlər arasında V.Zummerın, A,Ələkbərovun, İ.Meşaninovun, Y. Qummelin, J.Rəfibəylinin, V.Xuluflunun, R.Əfəndiyevın və s. adlarını qeyd etmək olar.

XX əsrin 20-ci illərində Bakiya dəvət olunmuş tanınmış hind alimi Modi öz yazılarında bildirir  ki, Azərbaycan müsəlman ölkəsi olmaqla nyanaşı digər dinlərin nümayəndələrinə xüsusi diqqət və hörmətlə yanaşır. Misal kimi, o Suraxanıda yerləşən Atəşgəh məbədini və orada yaşaya zərdüştləri qeyd edir.

Təəssüflər olsun ki, XX əsrin  30-cu illərinin İİ yarısından başlayarq  etnoqrafik araşdırmalara demək olar ki, son qoyulmuşdu. Bu dövrdən Azərbaycan ərazısındə yaşayan bütün az saylı xalqlar azərbaycanlı adlandırmağa başlandı. Yenidən bu prosses XX əsrin  90-cı illərində canlandı və müasir dövrmizə qədər davam edir.

Azərbaycan  polietnik  dövlətdir. Burada azərbaycan türkləri və axtaxton  milli azlıqlar yaşayır. Onların arasında: udinlər, ingiloylar, xınalıqlar, buduqlar, tatlar, talışlar, ləzgilər, gürcülər, kumıklar, kürdlər, avarlar, saxurlar, axıska türkləri, yahudilər və s. Bundan başqa respublikaya müxtəlif dövrlərdə köç etmiş xalqlar arasında  almanlar, polaklar, malakanlar, tatarlar, ukraynalılar, belaruslar və s. xalqlar yaşayır.

Təsəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanda az sayda qədim dövrdən yaşayan ermənilər, XIX əsrin ortalarından mütamadi olaraq ölkəmizə köçürülmüş və əsasən Qarabağ bölgəsində yerləşdirilmişdi. Onlar əsasən İran ərazisindən bu ərazilərə köçürülürdü. Yerli əhali tərəfindən yaxşı qarşılanan ermənilər sonralar onlara qarşı müxtəlif təxribatlar və hiylələr  həyata keçirməyə başlamışlar. Misal kimi, 1905, 1918, XX- cı əsrin 90-cı illərində azərbaycanlılara qarşı həyata keçirilən soy qırım hadisələrinin xüsusi qeyd etmək lazımdır. Tarix boyu heç bir köklü  və yerli əhali onun ərazisinə sonralar köç etmış xalq tərəfindən belə qanlı təcəvüzə məruz qalmamışdır.

Yuxarıda qeyd olunan xalqların nümayəndələri Azərbaycan iqtisadiyatının, mədəniyyətinin, incəsənətinin və elminin inkişafında böyük kömək göstərmişlər. Misal kimi, Azərbaycan- Almaniya əlaqələri  qeyd edə bilərik. Onlar Azərbaycan tarixində dərin izlər buraxmış, xalqımızın məişətinə, təsərrüfatına, memarlıq incilərinə, iqtisadiyyatına yeniliklər bəxş etmişlər. Azərbaycan şərabçılıq sənayesinin inkişafı da Forer və Hummel qardaşlarının adı ilə bağlıdır. Helenendorfun iqtisadi və mədəni həyatında Anderes və Albert, Fridrix və  Qotlob Vaker qardaşları, Karl Tesxinya,  Ernst Kerero,  Eduardo Frike və başqaları böyük rol oynamışdır.

Y.Hummelin arxeologiya sahəsində və Göygöl tarix-diyarşünaslıq  muzeyinin yaradılmasında,  alman memarlarından For der Nonnenin, Eyxlerin, Edelin, Lemkulun yaratdıqları memarlıq inciləri, Siemens qardaşlarının misəritmə zavodlarını yaratmaqları, Yekerin hazırladığı Naftalan məhlulu, Şollar suyunun çəkilməsi və digər işləri göstərmək olar.

Bundan başqa Azərbaycanda yaşamış və fəaliyət göstərmiş polək memarlarının adlarını qeyd etmək lazımdır – Ploşko, Qoslavski, Skureviç, Skibinski. Onların yaratdığı əsərlər indidə Bakının ən gözəl binalarından sayılır və bizim ölkəyə gələn qonağların diqqətini cəlb edir. Öz əsərlərində avropa və Şərq memarlığ incilərini birləşdirən memarlar sonralar xüsusi olaraq “Bakı memarlığı” anlayışının meydana gəlməsinə nail olmuşlar.

İncəsənət sahəsindədə fəaliyyət göstərmiş az saylı xalqların xidmətləri danılmazdır. Onlar bizim Milli teatrımızın, kinomuzun, təsviri sənətimizin inkişafında böyük  rol oynamışlar. Misal kimi, akterlar  M.Davudovanı (tatar xalqının nümayəndəsi) və N.Şaşıkoğlunu (acar xalqının nümayəndəsi),  heykəltaraşlar H.Abdullayevanın (kumık xalqının nümayəndəsi) və Ö.Eldarovu (ləzgi xalqının nümayyəndəsi), bəstəkər M.Maqomayevı (baba) və bəstəkər, müğənni,  M.Maqomayevi (nəvə) (avar xalqının nümayyəndələri), musiqiçi M.Rastropoviçı (yahudi xalqının nümayyəndəsi) göstərmək olar.

 



[1] Azərbaycan Respublikasının Mədəniyyət və turizm Nazirliyin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayevin hesabatına istinad.

[2] Etibar Nəcəfov .   Müxtəlif Ölkələrdə Multikulturalizm Siyasətinin Müqayisəli Təhlili Bakı Slavyan Universiteti //  Multikulturalizm: nailiyyətlər və problemlər toplusu.(Multikulturalizm forumu.2011)

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM