Fövqəladə Hallar Nazirliyindən Strategiya.az-a verilən məlumata görə, rayonun Digah kəndində meyvə-tərəvəz istixanasının anbarında yanğın hadisəsi baş verib. Dərhal Fövqəladə Hallar Nazırliyin Dövlət Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi hadisə yerinə cəlb edilib.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.