“Səbrinə görə Azərbaycana minnətdar olmaq lazımdır”. Litvanın www.slaptai.lt portalında bu sərlövhə ilə tanınmış jurnalist, həmin portalın rəhbəri Gintaras Visotskasın məqaləsi dərc edilib.
Dağlıq Qarabağ münaqişəsinin səbəblərini izah edən litvalı jurnalist yazır ki, aprelin 2-də başlayan hərbi toqquşmalar son iyirmi ildə ən intensivi olub.
Məqalədə qeyd olunur ki, Litvanın xarici işlər naziri Linas Linkyaviçus bəyan edib ki, “bu qarşıdurma daha genişmiqyaslı münaqişəyə çevrilə bilər, çünki o, 1994-cü ildən qüvvəyə minən və ara-sıra pozulan atəşkəs dövründə ən böyük hərbi toqquşmadır”.
G.Visotskas xatırladır ki, atəşkəs digər dövlət və hökumət başçıları ilə bərabər, Azərbaycan və Ermənistan prezidentlərinin də iştirak etdiyi Vaşinqtonda keçirilən IV Nüvə Təhlükəsizliyi Sammitindən dərhal sonra pozulub. ABŞ-ın təşkil etdiyi dünyanın nüvə müharibəsindən mühafizəsinə dair beynəlxalq görüşdəki atmosfer işgüzar, səmimi olub, buna görə də heç kim “sürprizlər” gözləməyib. Lakin Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyət cümə günündən şənbəyə keçən gecə qəfildən kəskin pisləşib.
Jurnalist qeyd edir ki, aprelin 2-5-də yaranan qarşıdurmada Azərbaycanın günahı ola bilməz. 1992-1994-cü illərdə Ermənistan kənar dəstəklə Azərbaycanın Dağlıq Qarabağ bölgəsini işğal edib. Nə sovet, nə Azərbaycan, nə Ermənistan, nə də beynəlxalq normalarla bu təcavüzü qanuni adlandırmaq olmaz. NATO-nun, yaxud Avropa İttifaqının heç bir ölkəsi Dağlıq Qarabağın müstəqilliyini tanımır.
Beynəlxalq birlik də qınağa layiqdir, çünki iyirmi ildir danışıqlar durduğu nöqtədən bir addım belə irəli getməyib. ATƏT səfirlərinin Ermənistan prezidenti ilə mənasız görüşləri heyrət doğurur. Çünki o, demaqoqcasına iddia edir ki, “kompromislərə hazırdır”, lakin yalnız Qarabağı ermənilərin əlində saxlayacaq güzətlərə.
Azərbaycana isə səbrinə, təmkininə, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirdiyinə, Avropa qətnamələrinin gücünə hələ də inandığına görə minnətdar olmaq lazımdır.
Litva KİV-lərində internet məkanında peyda olan kadrlara çox az adam diqqət yetirib. Həmin videoda təbliğat məqsədi ilə erməni məktəblilərindən istifadə olunub. Onlar əllərində həqiqi avtomatlar tutaraq anti-Azərbaycan şüarları səsləndirir. Litvanın uşaq hüquqları müdafiəçiləri isə bu hoqqabazlığa barmaqarısı baxırlar!
Aprelin 4-də “LRT” kanalı ilə nümayiş etdirilən, Litva diplomatları və siyasi elmlər institutu təmsilçilərinin iştirakı ilə keçən Edmundas Yakilaytisin “Diqqət mərkəzində” verilişində belə bir fikir səsləndirilib ki, guya neft qiymətlərinin enməsindən pis günlər keçirən rəsmi Bakı bu müharibə ilə öz xalqının diqqətini iqtisadi problemlərdən yayındırmağa cəhd edib. Verilişdə bu cür münaqişəyə ümumiyyətlə heç bir iqtisadiyyatı olmayan, aclığın astanasında duran Ermənistanın daha çox ehtiyaclı olmasına bircə eyham belə vurulmayıb.
Gintaras Visotskas Litva oxucularının diqqətinə çatdırır ki, NATO alyansında ən güclü ordulardan birinə sahib olduğu deyilən Türkiyə rəsmən Ermənistanı Azərbaycana qarşı yorucu təxribatlar aparmaqda ittiham edib. Türkiyə xarici işlər nazirinin fikrincə, əgər Rusiya, Fransa və ABŞ həqiqətən bu münaqişəni həll etmək istəsəydilər, Azərbaycanın ərazi bütövlüyünü bir həftəyə bərpa etmək olardı.
Hətta Belarus Azərbaycanın ərazi bütövlüyünə ehtiramını və hərbi təcavüz nəticəsində itirilən torpaqların qaytarılması hüququna sahib olduğunu bildirib.
Jurnalist yazır ki, britaniyalı deputat Stiven Hepbern bildirib ki, Ermənistanın təcavüzkar mövqeyi onu dəhşətə gətirir. Britaniyalı siyasətçi əmindir ki, beynəlxalq qətnamələrə məhəl qoymayan Ermənistanı onlara əməl etməyə məcbur etmək gərəkdir. Bir halda ki bu qətnamələr ümumiyyətlə icra olunmur, Ermənistana qarşı iqtisadi sanksiyalar tətbiq etmək lazımdır.
Aydındır ki, Azərbaycanı bütün dünyaya təcavüzkar kimi göstərmək üçün Ermənistan müəyyən tədbirlərə əl atır. Lakin ərazisi atəşə məruz qaldığı halda, Azərbaycan susa bilməz. Azərbaycanın rəsmi mənbələri əmin edirlər ki, hər bir erməni hücumu ciddi hərbi cavabını alacaq. Həm də ehtiyatlanmağa dəyməz, artıq Dağlıq Qarabağda mülki əhali demək olar ki, qalmayıb.
http://slaptai.lt/index.php/rusu-kalba/10390-2016-04-05-14-45-30.html
Nigar Cəfərli
Strategiya.az
Bakıda yeni dələduz peyda oldu: bu qadın görün nələr edib – VİDEO
TƏHLÜKƏ: Şagirdlər qapısı açıq avtobusdan sallanaraq gedir - VİDEO
Cahangir Hacıyevin arvadınadan 21 milyon dollarlıq xəbər - VİDEO
Bakıda DƏHŞƏT: Sahibsiz itlər azyaşlılara hücum çəkdi - VİDEO
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM