Elnur Səfərov: Geoloqlar Neft sənayesinin inkişafında xüsusi yer tutur

10:12 / 18.03.2014

   Müsahibimiz Geofizika və Geologiya İdarəsinin mühəndisi Elnur Səfərovdur.

       Respublikamızın inkişaf edib, çiçəklənməsində neft sənayesindən əldə olunan gəlirlərin xüsusi yeri vardır. Məhz bunun bariz nümunəsi kimi biz Ulu Öndərimiz Heydər Əliyevin yürütdüyü siyasət nəticəsində xarici ölkələrin şirkətləri ilə bağlanılmış “Əsrin Müqaviləsi” kontraktını göstərə bilərik. Onu qeyd edək ki, bu və digər bağlanılmış müqavilələrdən əldə olunan gəlirlər nəticəsində, Respublikamız hal-hazırda dünya ölkələri arasında inkişaf edib xüsusi yer tutur.

 

Müsahibimizə ilk sualımız işlədiyi idarənin gördüyü işlər barəsində oldu?

- İşlədiyim Geofizika və Geologiya İdarəsinin əsas fəaliyyəti milli qanunvericiliyə uyğun olaraq Beynəlxalq Standartların tələbləri səviyyəsində Azərbaycan Respublikasının quru və dəniz ərazilərində və Xarici ölkələrdə (müqavilə əsasında) neft və qaz yataqlarının axtarışı məqsədilə yer qabığının dərinlik geoloji quruluşunun öyrənilməsi və dərin kəşfiyyat qazıması üçün lokal strukturların hazırlanması məqsədilə geofiziki tədqiqat işlərinin aparılması, quyu kəsilişlərinin geofiziki üsullarla tədqiqi, quyuların perforasiyası, neftli-qazlı sahələrdə mühəndis-geoloji qazma, topogeodeziya və .s işləri həyata keçirməkdən ibarətdir.

 

Geologiya nədir?

- Geologiya (Yunanca geo - Yer, logiya - təlim, elm deməkdir) —Yer kürəsi haqqında elmdir. Lakin Yer kürəsini başqa elmlər də öyrənir. Məsələn, coğrafiya, geodeziya, astronomiya, torpaqşünaslıq, iqlimşünaslıq və s. Bunlardan fərqli olaraq Geologiya yerin qabığı adlanan üst bərk qatı və daha dərin qatları (sferləri) haqqında elmlər kompleksidir. Sözün əsl mənasında geologiya - Yerin əmələgəlməsi, tərkibi, quruluşu, hərəkətləri, onun inkişaf tarixi, faydalı qazıntıların mənşəyi, onların yerləşməsi qanunauyğunlaqları və kəşfiyyat üsulları haqqında elmdir. Geologiya elmi bu məsələlərin hər birini müfəssəl öyrənən ayrı-ayrı sahələrə ayrılır. Belə ki, Yerin inkişaf tarixini - tarixi geologiya, onun quruluşunu - geotektonika, tərkibini - mineralogiya, petroqrafiya, litologiya və başqa sahələr öyrənir.

 

Geoloqların neft sənayesində rolu?

- Geoloqlar neft sənayesində demək olar ki, əsas rolu oynayırlar. Belə ki, neft-qaz yataqları geoloq və geofiziklər tərəfindən axtarılıb aşkar olunur. Bundan əlavə mühəndis geoloqlar dəniz və quru ərazilərdə platforma və digər tikililərin qurulması üçün uyğun yerlərin tapılıb, öyrənilməsində xüsusi yer tuturlar.

Geoloqların rolunu biz Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Türk Dünyasının Fəxri Alimi, akademik X.B.Yusifzadənin timsalında görə bilərik. Məhz akademik X.B.Yusifzadənin iştirakı və rəhbərliyi ilə Xəzər dənizi hövzəsinin Azərbaycan, Tükmənistan və Rusiya sektorlarında 20-dən artıq neft və  qaz yatağı, o cümlədən dünyada məşhur olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqları kəşf edilmiş və istismara daxil edilmişdir.

 

Sizin fikirinzcə geologiya elminə maraq nə səviyyədədir?

- Çox sevindirici haldır ki, geologiya elminə maraq hər il durmadan artır. Hər il demək olar ki, yüzlərlə gənc geologiya sahələri üzrə təhsil alıb əmək fəaliyyətinə başlayırlar. Ölkə Prezidenti cənab İlham Əliyevin neft sektoru ilə yanaşı qeyri-neft sektorunun inkişaf etdirilməsinə diqqət ayırması, dağ-mədən geologiyasının inkişaf etməsinə, yüzlərlə gəncin bu sahədə işləməsinə yol açdı.

 

Bildiyimizə görə Sizin geologiya sahəsində iki elmi kitabınız dərc olunub?

- Bəli bu mənim üçün çox böyük uğurdur. “Kiçik Qafqazın faydalı qazıntı yataqları” adlı kitabımda Kiçik Qafqaz regionunun Azərbayacan Respublikası hissəsində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) yerləşən faydalı qazıntı yataqları, onların geologiyası, genezisi ilə yanaşı faydalı qazıntı kütləsinin ehtiyyatı haqqında məlumatlar öz əksini tapmışdır.

Həmçinin kitabda sözügedən region üzrə bir sıra yataq barəsində qısa məlumat verilmişdir.

Qeyd etmək istəyirəm ki, Ki­tab geoloqlarla ya­na­şı, ekologiya və təbii sərvətlər or­qan­la­rı­nın əməkdaşla­rı, elə­cə də geologiyaya da­ir nəzəriyyə və təcrübənin öy­rə­nil­mə­si ilə əla­­qə­dar fə­­a­liy­yət göstə­rən şəxs­lər, tə­lə­bə­lər, ha­­be­lə ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­muşdur.

“Qruntların fiziki-mexaniki xüsusiyyətlərinin təyini” adlı kitabımda isə qruntların bəzi fiziki-mexaniki xüsusiy­yət­lə­rinin mühəndis geoloji laboratoriya şəraitində təyini üsulları, hər bir analiz üzrə bəzi cihaz və avadanlıqların iş prinsipi, işlərin aparılma metodları haqqında məlumat verilmişdir.

Kitab mühəndis geoloqlar, mühəndis geoloji labo­rato­ri­yada çalışanlar, elə­cə də mühəndis geologiyaya da­ir nəzə­riyyə və təcrübənin öy­rə­nil­mə­si ilə əla­­qə­dar fə­­a­liy­yət gös­tə­rən şəxs­lər, tə­lə­bə­lər, ha­­be­lə ge­niş oxu­cu küt­lə­si üçün nə­zər­də tu­tul­muşdur.

 

Sizə gələcək elmi işlərinizdə, əmək fəaliyyətinizdə uğurlar arzulayırıq.

-Çox sağ olun.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM