Bu barədə Strategiya.az-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Məlumata görə, baş vermiş yol qəzası ilə bağlı Nizami rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma-ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (Yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Hadisədən sonra piyadanı vuran marşrut avtobusun sürücüsü hadisə yerindən qaçıb.
Qeyd edək ki, bu gün hadisə Nizami rayonu ərazisində "Diqlas" ticarət mərkəzinin qarşısında qeydə alınıb.
103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində 1 nəfər piyada ölüb, 9 nəfər xəsarətlərlə xəstəxanalara yerləşdirilib.