“İctimai-Siyasi Mühitə təsirin Heydər Əliyev taktikası”

20:16 / 08.04.2016

 

Hələ  2008-ci ildə çapdan çıxmış, “İctimai-Siyasi Mühitə təsirin Heydər Əliyev taktikası” kitabımda, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar namizədlik dissertasiyasının müəllifi kimi, həmin münaqişənin həlli barədə öz fikirlərimi aşağıdakı kimi şərh etmişdim:

“Müstəqil Azərbaycan Dövlətinin və bütün dünya azərbaycanlılarının qarşısında duran ən mühüm və həyati problem olan Dağlıq Qarabağ probleminin həlli yolları da Ulu Öndərimizin siyasi kursunun başlıca xəttini təşkil etmiş və bu gün də təşkil etməkdədir.

1993-cü ildə hakimiyyətə gələn Ulu Öndərimizin bütün potensial imkanlarının demək olar ki, çox böyük hissəsi bu iyrənc və mənfur siyasətin qarşısını almağa, müharibə etmədən, dinc yolla qarşılıqlı anlaşma və sülh yolu ilə həll etməyin yollarını axtarıb tapmağa, bu sahədə müdrik, ağıllı və uzaqgörən siyasət qurmağa yönəlmişdir.

Ən qiymətli uğur ondan ibarət idi ki, Ulu Öndərimizin bilavasitə müdrik, siyasi uzaqgörənliyi nəticəsində Dağlıq Qarabağın Azərbaycan Respublikasının əzəli və əbədi ərazisi olmasını, bu torpaqların ermənilər tərəfindən işğal edilməsini, ermənilərin beynəlxalq hüquq normalarını kobud surətdə pozmasını, onların siyasi, iqtisadi və hərbi məsuliyyət daşımasını əsaslandıran çox zəngin beynəlxalq hüquqi baza yaradıldı və bu gün hüquqi baza, münaqişənin sülh yolu ilə həll edilməsi üçün misilsiz rol oynayır.

Heydər Əliyevin MDB-nin ümumi yığıncağında, Lissabon sammitində, Kİ-Uest danışıqlarında, beynəlxalq forumlarda, ikitərəfli və çoxtərəfli danışıqlarda əldə etdiyi  böyük diplomatik uğurlar sayəsində, dünyanın demək olar ki, bütün dövlətlərini və dünya ictimaiyyətini tam inandırmaq mümkün olmuşdur ki, Azərbaycan zərər çəkən, müdafiə olunan və torpaqları işğal olunmuş dövlətdir. Beynəlxalq hüquq normalarına əsasən onun öz torpaqlarını geri tələb etmək, ayrılmaz ərazisi olan Dağlıq Qarabağda sülhü, əmin amanlığı və azərbaycanlılarla ermənilərin birgə yaşayışını təmin etmək vəzifəsi vardır. Beynəlxalq qanunlara tam uyğun olaraq Azərbaycan bu hüquq və vəzifəsini həm sülh və danışıqlar yolu ilə, həm də hərbi qüvvə tətbiq etmək yolu ilə icra etmək hüququna malikdir.

Bütün dünya ictimaiyyətinə, o cümlədən ermənilərə də bəllidir ki, istər iqtisadi, istər hərbi, istərsə də mənəvi dəyərlər baxımından regionun ən qüdrətli və nüfuzlu dövləti kimi öz suverenliyini və ərazi bütövlüyünü təmin etmək üçün Azərbaycan Dövləti bütün imkanlara malikdir və torpaqları azad etmək üçün canından keçməyə hazır olan çox güclü ordusu vardır. Ancaq tarix sübut edir ki, dövlətlər və xalqlar arasında, hətta ayrı-ayrı fərdlər arasında olan münaqişənın zorakılıqla, silah gücünə həll edilməsi bir qayda olaraq mənasız dağıntılara, günahsız insanların qırğınına, kütləvi psixoloji fəlakətə gətirib çıxarır və adətən bu qırğının sonunda haqsız olan tərəf, demək olar ki, həmişə özünü qınayır və etdiyi hərəkətlərdən peşmançılıq çəkir.

Təbiidir ki, heç bir dövlət bu ədalətsizliyi və qanunsuzluğu qəbul etməz və çox qısa müddətdə əks tərəfi bütün vasitələrdən istifadə etməklə zərərsizləşdirərdi. Yaxın tariximizdə də belə əyani misallar vardır. Məsələn, 1968-ci ildə ÇXR-ı SSRİ-nin Çinlə qonşu olan ərazisini daimi olaraq ələ keçirmək istəmiş, lakin o zamankı SSRİ dövləti buna çox sərt reaksiya verdi və hərbi qüvvəsini nümayiş etdirməklə o vaxtkı Çin rəhbərlərini bundan çəkindirdi.

Çeçenistan Rusiyadan ayrılmaq istədi, Rusiya hərbi müdaxilə yolu ilə bunun qarşısını aldı. Tayvan ÇXR-dan ayrılmaq istədikdə ÇXR-ı oranı hərbi blokadaya alaraq buna imkan vermədi. Bu misallar onu göstərir ki, dünyanın böyük dövlətləri belə münaqişələri silah yolu ilə həll edirlər və bu da digər dövlətlər tərəfindən tətbiq edilə bilən president əmələ gətirmişdir.

Ulu Öndərimizin Dağlıq Qarabağ münaqişəsinin həlli sahəsində yaratdığı siyasi xəttin son dərəcə müdrik məntiqinə söykənən möhtərəm Prezident İlham Əliyev özünün fərdi potensialı və dünyada gedən mürəkkəb siyasi münasibətlərə uyğunlaşdırılan dinamik təfəkkürü ilə bu çox mürəkkəb siyasi düyünün həllinə son dərəcə incəlik və məsuliyyət hissi ilə yanaşması nəticəsində, artıq bu münaqişənin sülh və danışıqlar yolu ilə həllinə nail olmaq mümkünlüyü utopiyadan reallığa çevrilmiş, hətta böyük ermənistan deyib car çəkən ən qatı separatçıların belə, silahlı münaqişənin davam etdirilməsinin tamamilə perspektivsiz olduğunu, bütövlükdə erməni dövlətinin mövcudluğu üçün təhlükəli olduğunu dərk etməyə başlamışlar.

Bu gün inamla demək olar ki, məhz Azərbaycan diplomatiyasının uğurlu addımları sayəsində Avropa, Amerika, Asiya və digər qitələrin bütün aparıcı dövlətləri, beynəlxalq təşkilatları birmənalı olaraq Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğal edilməsini təsdiqləməklə, bu münaqişədə Azərbaycanın ədalətli mövqeyini tamamilə dəstəkləyirlər.

Fikrimizcə artıq bu münaqişənin meydana gəlməsində maraqlı olmuş qüvvələr, eləcə də, bu münaqişəyə vaxtilə laqeyd olsalar da, sonradan bu problemin dünyanın sakitliyi üçün ciddi əngəl törədə biləcəyini dərk edən super dövlətlər demək olar ki, problemin həllinə son dərəcədə məsuliyyət hissilə yanaşır və daha artıq hiss olunur ki, ABŞ, Rusiya, Fransa, Almaniya, İngiltərə və başqa bu kimi nəhəng dövlətlər münaqişənin həqiqətən də sülh yolu ilə həllinə real yanaşırlar, dərk edirlər ki, bu problemin həllinin uzadılması, sonradan həlli mümkün olmayan çox ağır fəsadlara səbəb ola bilər.

Məhz, sülh yolunun baş tutmayacağı təqdirdə böyük hərbi arsenala malik olan Azərbaycan dövlətinin bu problemin hərbi potensiyalı hesabına həll edəcəyini dünya ictimaiyyətinə çatdıran və bu yönümdə real addımlar atan möhtərəm Prezidentin sərt bəyanatı artıq, ermənilərlə yanaşı problemin həllinə təsir edə bilən qüvvələrdə, o cümlədən problemin sülh yolu ilə həll etməli olan ATƏT – in Minsk qrupunun həmsədr dövlətlərinin fəaliyyətində də çox ciddi dönüş yaratdı.

Hesab edirik ki, bu günkü vaxtda böyük siyasi imicə malik olan Rusiya dövləti də bu imicini qoruyub saxlamaq və öz dövlətinin demokratik mahiyyətinə xələl gətirməmək üçün ermənilərin bu münaqişədə silahlı qarşıdurmaya can atmalarına razı olmaz və  bilir ki, belə qarşıdurma yaratdıqda, kənar dövlətin müdaxiləsi olmazsa, Azərbaycanın hərbi qüdrəti Ermənistan kimi iqtisadi və hərbi cəhətdən Azərbaycanla müqayisə edilə bilməyən bir dövləti darmadağın edər və bu şəraitdə də Rusiyanın sərhədi yaxınlığında ağır hərbi münaqişə ocağı yaranar.

Digər tərəfdən, artıq bütün dünya dövlətlərinə bəllidir ki, Müstəqil Azərbaycan dövləti özünün daxili iqtisadi potensialından maksimum səviyyədə istifadə etmək bacarığına malikdir və dünyanın çox yüksək sürətlə inkişaf edən, demokratik prinsiplərə tam sədaqətli olan bir dövlət kimi super dövlətlərlə, o cümlədən ABŞ, Rusiya, İngiltərə, Fransa, Almaniya, Çin, Yaponiya, Hindistan, Pakistan və s. kimi dövlətlərə sağlam diplomatik münasibətlərə, hətta ABŞ, Rusiya və s. kimi fövqəldövlətlərlə daha sıx strateji tərəfdarlıq  münasibətlərinə malikdir. Bu dövlətlərin, həmçinin NATO kimi qüdrətli hərbi blokun Azərbaycanla qarşılıqlı əməkdaşliğı artıq ən yüksək inkişaf xəttinə çatmışdır. Təbiidir ki, bu münasibətlər Azərbaycan Dövlətinin hərbi aktuallığına təsir etməyə bilməz.

Hesab edirik ki, bu kimi təhlillərə söykənən sağlam məntiq özü-özlüyündə diktə edir ki, Azərbaycanın ermənilərlə olan münaqişəni hərbi yolla həll etməsi, artıq qətiyyən problem deyil və proses tezliklə sülh yolu ilə həll edilməsə, onun hərbi yolla həlli yaxınlaşır, eyni zamanda, proses uzandıqca Azərbaycanın strateji mövqeyi daha da möhkəmlənir və bu şərait də, sülh siyasətinin şərtlərinə daha ağır təsir edə bilər.

Cəsarətlə demək olar ki, möhtərəm Prezidentimizin dünya siyasi arenasında sözün əsl mənasında yaratdığı bu siyasi mühit, artıq Dağlıq Qarabağ probleminin hər hansı yolla olursa olsun, qısa zaman kəsiyində həllini qaçılmaz etmişdir. Bu şəraiti bizdən də, artıq incəliklə təhlil edən hər kəs, kimliyindən asılı olmayaraq, bizim gəldiyimiz nəticəyə, hətta ermənilərin zərərinə bundan da, ağir nəticəyə gəlməyə məcburdurlar.

Təhlil göstəririk ki, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həll edilməsi ümumilikdə, Ermənistan və Rusiyanın Azərbaycanla əlaqəsi olan vilayətləri də daxil olmaqla bütün regionun yüksək sürətlə inkişafına, demokratik proseslərin daha da təkmilləşdirilməsinə, Qafqaz və ona yaxın olan ərazilərin dünyanın ən sakit, münaqişəsiz zonasına çevrilməsinə çox ciddi zəmin yaradar və regionun sağlam qüvvəsini dünyanın digər bölgələrində tüğyan edən terrorizmə qarşı daha ciddi mübarizə aparılmasına yönəltmək olar. Möhtərəm Prezidentin apardığı prinsipial, sabit və ardıcıl siyasət deməyə əsas verir ki, çox qısa müddətdə vəziyyətin həqiqətən də, belə olacağına böyük ümidlə inanmaq olar.

Kitabda söylənilən bu fikirlərin həqiqət olduğunu artıq zaman da təsdiqləyir. Son günlərdə cəbhədə Azərbaycan ordusunun əldə etdiyi mühüm nailiyyətlər göstərdi ki, Azərbaycan dövləti öz torpaqlarını ləyaqətlə qorumağa, düşmənin bütün həmlələrinə cavab verməyə, torpaqlarımızı işğaldan azad etməyə tam qadir olan güclü orduya malikdir. Belə ordusu olan dövlətlə bütün problemləri yalnız ədalətli sülh yolu ilə həll etmək mümkündür.

Bu gün Ermənistanın öz işğalçılıq siyasətinə, üzv olduğu Kollektiv Təhlükəsizlik Şurasını da cəlb etməsi heç bir halda real görünmür. Güman edirik ki, bu Şuraya üzv olan Dövlətlər, Ermənistanın işğalçılıq siyasətinin, başqa dövlətlərin ərazisini qanunsuz olaraq zəbt etməklə törətdiyi beynəlxalq cinayətin iştirakçısı olmaq istəməzlər. Bunu son günlərin hadisələri də, bir daha təsdiq etdi. Aprelin 2-də olan silahlı münaqişənin elə ilk günündə böyük dövlətlərin başçıları, Beynəlxalq Təşkilatlar, o cümlədən  Şuraya üzv olan Belorusiya dövlətinin başçısı və digər dövlət rəhbərləri Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, münaqişənin yalnız ərazi bütövlüyü daxilində həll edilməsinin mümkünlüyünü vurğulayaraq, Azərbaycan Dövlətinin tərəfində olduğlarını bildirmişlər.

Cəbhədə əldə etdiyimiz son uğurları tam Qələbə kimi qiymətləndirə bilmərik, bu yalnız qələbə yolunda böyük Uğur kimi qiymətləndirilə bilər. Təbiidir ki, bu uğur bizi arxayınlaşdırmamalıdır, tam Qələbə yalnız işğal edilmiş bütün torpaqlarımız geri alınandan və həmin torpaqlar üzərində suverenliyimiz bərpa edildikdən sonra əldə ediləcəkdir. Bu yolda başda Prezidentimiz Ali Baş Komandan cənab İlham Əliyev olmaqla bütün Azərbaycan xalqına uğurlar arzulayıram.

                                                                                 Hüquq üzrə Fəlsəfə Doktoru  

Cəfərov Ramiz 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM