Restoranlarda içdiyimiz bu cür içkilərin insan həyatı üçün təhlükəli olduğunu bilsək də, təəssüf ki, qarşısını ala bilmirik. Əsasən şadlıq saraylarında bu cür sular süfrəyə qoyulur.
Strategiya.az musavat.com-a istinadən bildirir ki, söhbət adını eşitmədiyimiz, mağazalarda açıq satışda olmayan içkilərdən gedir. Şadlıq saraylarında "Platin", "Vitos", "My Fruit" adlı içkilər var ki, harada istehsal olunması, hansı ölkədən idxal olunması ilə bağlı üzərində heç bir məlumat yoxdur.
Bu içkilər harada istehsal olunur? Hansı şəraitdə sertifikatlaşdırılır? Mağazalarda varmı?
Bu suallara aydınlıq gətirmək üçün paytaxt Bakıda bir neçə iri və xırda marketlərdə həmin məhsulların satışda olub-olmadığını öyrənməyə çalışırıq.
Lakin heç bir mağazada "Vitos" və "Platin" şirələrinin adını-dadını bilən kimsə tapa bilmədik.
Tural adlı satıcı bu içkilərin saxta və keyfiyyətsiz olduğunu bildirdi: "Həmin içkilərin adlarını ilk dəfədir eşidirəm. Biz mal götürdüyümüz şirkətdə belə sular yoxdur. Yəqin, kimdirsə, gizli şəkildə özü hazırlayıb satır. Belə şeylər çox eşidirik. Çox qazanmaq üçün qeyri-qanuni şəkildə fəaliyyət göstərirlər".
"Vitos" sularının harada istehsal olunduğunu öyrənmək üçün "Anar" şadlıq sarayı ilə əlaqə saxladıq. Adminstratordan "Vitos" içkisinin Masazır qəsəbəsində hazırlandığını öyrənirik. "Mağazalarda niyə yoxdur?" "Sertifikatı varmı?" sualına gəlincə, administrator bu məhsulun yalnız şadlıq saraylarına verildiyini bildirdi: "Bu sular mağazalarda yoxdur. Yalnız restoranlara, şadlıq saraylarına verilir. Topdansatış qiyməti 80 qəpikdir".
Bir neçə restorana da müştəri qismində baş çəkib içkilərlə tanış olduq. Adi və qazlı suların hansı şirkətdə istehsal olunduğu bəlli olsa da, meyvə şirələrinin və kompotların bizə tanış olmayan firmalara məxsus olduğunu gördük. Restoran administratorları isə bu məhsulları topdansatışdan aldıqlarını bildirdilər.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov adı bəlli olmayan belə meyvə şirələri və suların şadlıq saraylarının zirzəmilərində istehsal olunduğunu dedi: "Bakıda 3-cü mikrorayonda yerləşən məşhur şadlıq sarayı var. Orada adı və mənşəyi bəlli olmayan saxta sular və şirələr istehsal olunur. Belə ki, restoranlar zirzəmilərində "mini zavod" açaraq qanunsuz fəaliyyət göstərirlər. Bildirmək istəyirəm ki, həmin məhsulların qapağı qırmızı və yaşıl rəngdə olur. Hazırda mənim masamın üzərində də saxta məhsul qablaşdırması var. "Meyvəli dad" alça kompotu. Deməli, "Azərsun" şirkətinin məhsulunun şüşələrinə doldurulub və üzərinə "L.TeleEF." şirkəti yazılıb. Şüşənin altında isə "Azərsun" şirkətinin loqosu var. "Gold Star" isə yalnız bu şüşələrdə olur. Görünür, "Azərsun" şirkətinin bu haldan xəbəri yoxdur. Həmin şirkət çölə atılan şüşələri toplayıb, insan həyatına təhlükə yaradan məhsullar bağlayır. Təəssüf ki, belə hallara tez-tez rast gəlinir. Bütün bunlara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti nəzarət edir. Onlar isə nəzəri cəhətdən yaxşı, praktiki cəhətdən zəif işləyirlər. Mən bu məsələ barəsində nazirliyin tədbirində də demişəm. Qeyri-qanuni yolla qazancını artırmaq istəyən "işbazlar" insanların kütləvi şəkildə zəhərlənməsinə səbəb olurlar. İnsanların çoxu klinikalara, apteklərə baş vurmalı olurlar. İnanıram ki, bunun qarşısını alacağıq".
Ekspert Azərbaycanda 800-ə yaxın mal və xidmət növünün sertifikatlaşdırılmadığını dedi: " Mən bu gün İqtisadiyyat Nazirliyinin komandası ilə görüşdüm. İstehslakçı hüquqlarının qorunması sahəsində zəif işin aparıldığını qeyd etdim. Əlimdə bir siyahı da var. İlk dəfə bunu sizin qəzetə deyirəm. 800-ə qədər mal və xidmət ölkədə sertifikat almadan fəaliyyət göstərir. Nazirlər Kabinetinin 343 saylı qərarı var. Məcburi qaydada sertifikatlaşdırma siyahısı. Yəni insanların təhlükəsizliyini təmin etmək üçün, istənilən məhsul ölkə bazarına girməzdən öncə sertifikatlaşmalıdır. Misal üçün, ölkədə satılan "Chevrolet" markalı avtomobillər, "Desant" MMC-nin tibb avadanlıqları məcburi qaydada sertifikatlaşdırılmalı olduğu halda sertifikatlaşdırılmayıb. "Azərneft" MMC-nin tibb avadanlıqları, Azərbaycanda fəaliyyət göstərən "Daewoo Motors" avtomobilləri, "Artikaplyus" MMC-nin kompressor malları, "Kia motors" avtomobilləri də həmçinin. Biz artıq adıçəkilən şirkətlərə rəsmi qaydada məktublar göndərmişik".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM