“Təsəvvür edin ki, başqa dövlətin qoşunları Rusiyanın ərazisindədir. Bu halda Rusiyanın hakimiyyət orqanları və Rusiya xalqı nə etməlidir? Onlar əvvəlcə bu məsələni sülh yolu ilə həll etməyə çalışmalıdırlar, məsələni dinc yolla həll etmək mümkün olmadıqda isə xalq ayağa qalxacaq və məsələ hərbi yolla həll ediləcək. Biz özümüz bunu tarixdən bilirik - Böyük Vətən Müharibəsindən başlamış bu günə qədər”.
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsinin dosenti İsmayıl Ağakişiyev bu fikirləri Rusiyanın Milli Xəbər Xidməti İnformasiya agentliyində “Qarabağ münaqişəsi zonasında amanabənd barışıq: sülhü necə qoruyub saxlamalı?” mövzusuna həsr edilmiş mətbuat konfransında söyləyib.
İ.Ağakişiyev deyib: “Biz Qarabağda barışıq yox, sülh istəyirik. Bu ərazidə sülhün bərqərar olması üçün əvvəlcə baxaq görək, hansı dövlətin ərazi bütövlüyü pozulub və hansı dövlətin qoşunları başqa ölkənin ərazisindədir. Əgər Azərbaycan Silahlı Qüvvələri Ermənistanın ərazisində olsaydı, onda bu məsələ ilə məşğul olan beynəlxalq qurumlar və aparıcı dövlətlər həmin qoşunların oradan çıxarılması üçün Prezident İlham Əliyevə müraciət etməli olardı. Lakin əgər Ermənistan qoşunları Azərbaycanın ərazisindədirsə, onlar bu ərazini tərk etməlidirlər”.
Alimin fikrincə, Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməlidir. O deyib: “Vurğulayıram, söhbət Azərbaycan ərazisində yaşayan və dinc mülki əhali olan ermənilərdən yox, xarici dövlətin silahlı qüvvələrindən gedir. Bu məsələ bağlanandan sonra biz barışıq barədə deyil, tamdəyərli sülh və dövlətlər arasında əməkdaşlıq barədə danışacağıq”.
Tarixçi alim qeyd edib ki, əgər bu məsələ açıq qalarsa, onda təəssüf ki, müharibə başlanması barədə danışmaq lazım gələcək. Bu isə nə erməni xalqına lazımdır, nə də Azərbaycan xalqına.
İ.Ağakişiyev ermənilərin Qafqaza köçürülməsinin tarixi mövzusuna toxunaraq xatırladıb: “Rusiyalı diplomat Aleksandr Qriboyedov öz məqalələrində yazırdı: “Biz çox qorxurduq ki, bu ərazilərdəki azərbaycanlılar erməniləri qəbul etməyəcəklər, fikirləşəcəklər ki, bir vaxt onlar həmin ərazilərə iddia edəcəklər”. Qriboyedov belə düşünürdü, amma azərbaycanlılar bu cür fikirləşmirdilər”.
İ.Ağakişiyev bildirib ki, Azərbaycan xalqı öz torpaqlarının itirilməsi ilə heç vaxt barışmayacaq. O deyib: “Azərbaycan tarixən haçansa ona məxsus olmuş ərazilərin heç birinə iddia etmir. Azərbaycan öz ərazi bütövlüyünü qoruyub saxlamaq istəyir. Qarabağda Şuşa şəhəri var. Şuşa hər bir azərbaycanlının ürəyidir. İnsan ürəksiz necə yaşaya bilər?!”
İ.Ağakişiyev vurğulayıb ki, azərbaycanlılar və ermənilər gec-tez sülhə gəlməlidirlər: “Biz qonşuyuq və bir ərazidə yaşayırıq, atalarımızın məzarları bir torpaqdadır. Biz gələcək nəsillərimizə miras qoyub gedəcəyimiz dünya barədə fikirləşməliyik”.
AZƏRTAC
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM