Parisdə ermənilər azərbaycanlılara hücum ediblər - FOTO

09:37 / 10.04.2016

Xəsarət alanlar var.

Aprelin 9-da Ermənistanın Parisdəki səfirliyinin qarşısında Ermənistan ordusunu təmas xətti yaxınlığında yerləşən yaşayış məntəqələrindəki mülki əhalini hədəf alan son hərbi təxribatlarına etiraz aksiyası keçirilib. 

Strategiya.az APA-ya istinadən xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən  (TEAS) verilən məlumata görə, aksiya Paris Azərbaycan Evi Assosiasiyasının təşkilatçılığı, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) dəstəyi ilə baş tutub. Qeyd edək ki, ermənilərdən ibarət bir qrup ekstremist təxribata əl ataraq,  aksiya iştirakçılarına  zorakılıq tətbiq edib.

Belə ki,  20-dən artıq maskalı ermənilərdən ibarət bir qrup ekstremist dəmir çubuqlar, şüşə, ammonium (kimyəvi maddə) və digər küt alətlərlə silahlanaraq Parisdə Ermənistan səfirliyinin qarşısında dinc şəkildə etirazlarını bildirən 200-dən çox azərbaycanlı, Azərbaycanın dostları və beynəlxalq hüquq tərəfdarlarına qarşı zorakılıq tətbiq ediblər. Fransa çevik polis alayı ermənilərin hücumunu dəf edib və hazırda hücum edənləri müəyyənləşdirməyə çalışır. Yaralılara yardım etmək üçün təcili tibbi yardım çağırılıb.

Parisdə Azərbaycan Evi Assosiasiyasının tərəfindən təşkil edilmiş bu tədbir diaspora və tələbə qrupları ilə yanaşı Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisi tərəfindən də dəstək alıb. Aksiyada Fransadakı türk diasporunun nümayəndələri də iştirak edib. Etirazçılar “Sarqsyan – müharibə cinayətkarıdır”, “Erməni terrorçuları”, “Ermənilər – Qarabağı tərk edin” və “Xocalıya Ədalət” kimi şüarlar səsləndiriblər. Aksiya zamanı Qarabağ Şikəstəsi də səslənib.

TEAS-ın direktoru Lionel Zetter etirazçılar qarşısında çıxış edərək deyib: 

“Biz beynəlxalq hüquqa inanırıq. BMT+Təhlükəsizlik+Şurası">BMT Təhlükəsizlik Şurasının 4 məlum qətnaməsi, BMT+Baş+Assambleyası">BMT Baş Assambleyasının 1 qətnaməsi və Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) 1 qətnaməsi var. Bunların hamısı bildirir ki, Dağlıq Qarabağ və yeddi ətraf rayon Azərbaycana məxsusdur. Elə bu həftə AŞPA-nın prezidenti Pedro Agramunt demişdir ki, Ermənistan silahlı qüvvələri işğal olunmuş  ərazilərdən dərhal çıxarmalıdır. Əgər Ermənistan silahlı qüvvələri qeyri-qanuni olaraq Azərbaycanın suveren ərazilərini işğal etməsəydi, burada münaqişə olmazdı.”

Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva çıxışında aksiyaya erməni qüvvələrinin yeni hərbi təxribatlarına qarşı etiraz bildirmək üçün toplaşdıqlarını bildirib: “Bu, elan edilməmiş müharibədir. Burada 1988–94-cü illərdə baş verənlər davam edir. Həmin hərəkətlər Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bir milyona yaxın qaçqın və məcburi köçkünlərin yaranması ilə nəticələnib. Müharibə qurbanları heç vaxt unudulmamalıdır, xüsusilə Xocalı Qırğınının 613 qurbanı. Bu günə qədər heç nə dəyişməmişdir. Biz ədalətə çağırırıq”.

Daha sonra Mirvari Fətəliyeva şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla anmağa çağırıb.

Nant Azərbaycan-Fransa Mədəniyyəti Assosiasiyasının (ASAF) prezidenti Toğrul Zeynalov da çıxışında Ermənistanın hərbi təcavüzünə etiraz bildirmək üçün toplaşdıqlarını bildirib: 

“Biz Fransada yaşayırıq və Fransa bizim ikinci vətənimizdir. Biz istəyirik ki, Fransa təcavüzə qarşı hərəkət etsin. Yaşasın Fransa, yaşasın Respublika və yaşasın Fransada olan azərbaycanlılar!”

Etirazçılar  ATƏT-in+Minsk+Qrupu">ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransadan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində daha fəal olmağa çağırıblar.

Etiraz aksiyasında Fransanın müxtəlif şəhərlərindən - Tur, Bezanson, Dol, Lion, Miluz, Paris ətrafı şəhərlərindən Azərbaycan və türk diaspor təşkilatlarının nümayəndələri iştirak ediblər.

Çıxışlarda son günlər Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəs rejiminin və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasını, Azərbaycanla təmas xəttində təxribatçı cəhdlərin törədilməsini pislənib, Ermənistan silahlılarının Azərbaycan torpaqlarından qeyri-şərtsiz çıxarılmasını tələb edilib.

Azərbaycan Evinin prezidenti Mirvari Fətəliyeva Fransa rəsmlərinə və şəhər ictimaiyyətinə ünvanlanan müraciətin mətnini oxuyub.

Aksiya iştirakçılarının bəyanatını Ermənistan səfirliyinin poçt qutusuna atılıb.

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM