Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu müdafiə naziri general-polkovnik Zakir Həsənov qoşunların təmas xəttində Ermənistanın hücumunu dəf edərkən şəhid olan pilotlar - mayor Təbriz Musazadə, mayor Ürfan Məmmədzadə, baş leytenant Bəkir İsmayılov və Silahlı Qüvvələrin polkovnik-leytenantı Murad Mirzəyevlə vida mərasimində çıxışında deyib.
Müdafiə naziri qeyd edib: "Mən burda xüsusi qeyd etmək istəyirəm ki, bizim şəhidlərimiz bütün dünyaya sübut etdilər ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Silhalı Qüvvələr Ali Baş Komandan başda olmaqla öz müqəddəs borcunu yerinə yetirəcək. Ulu öndər Heydər Əliyevin sözlərini təkrar etmək istəyirəm: Azərbaycan Ordusunun hər bir əsgəri, hər bir zabiti bilməlidir ki, Azərbaycanın ərazi bütövlüyü nəyin bahasına olursa olsun bərpa olunmalıdır. Bu gün Ali Baş Komandanın rəhbərliyi ilə Silahlı Qüvvələrdə yüksək ruh var. Silahlı Qüvvələr Azərbaycan xalqının etimadını doğruldur. Mən xüsusi qeyd etmək istəyirəm ki, şəhidlərin qisası alınacaq və bizim torpaqlar işğaldan azad olunacaq. Allah rəhmət eləsin!"