Bunu jurnalistlərə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik, Cenevrədə yerləşən Qaçqınların işi üzrə Ali Komissarının İdarəsinin (QİAKİ) məlumatını çatdırarkən deyib.
"QİAKİ dinc sakinlər arasında qurbanlar, evlərin və infrastrukturun dağıldığı (ermənilərin atəşi nəticəsində mülki vətəndaşlar öldürülüb) və münaqişə zonasını tərk etmək istəyən insanların yerdəyişmə azadlığının məhdudlaşdırılması haqqında məlumat alıb", deyə o bildirib.
Daha öncə Ermənistan ordusu Azərbaycanın işğal olunmuş ərazilərindən əhalinin gedişinin qarşısını almaq üçün blokpostlar qurmuşdu. /trend/