Strategiya.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, Ağstafada sərnişin daşıyan mikroavtobusla minik maşını toqquşub, 1 nəfər ölüb, 6 nəfər xəsarət alıb.
Hadisə bu gün axşam saatlarında rayonun Qırılı kəndində baş verib. Qazaxdan Gəncə istiqamətinə hərəkət edən "Ford Tranzit" markalı mikroavtobusla "Opel" markalı avtomobil toqquşub. Nəticədə "Opel"in sürücüsü 37 yaşlı Ceyhun Əliyev dünyasını dəyişib.
Mikroavtobusda olan 6 nəfər - Göygöl sakinləri ata 46 yaşlı Mahir İmanquliyev, 2 qızı 24 yaşlı Maviyyə, 22 yaşlı Raziyə və digər 3 sərnişin Gəncə şəhər sakinləri Asim Məmmədov, Elsəvər Kazımov, Asif Fərəcov müxtəlif dərəcəli bədən xəsarət alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər. Polis yol qəzasının təfərrüatlarını araşdırır.