İcra başçısı bildirib ki, aprelin 11-də axşam saatlarında erməni silahlı birləşmələri Tərtər rayonunun Qapanlı kəndini müxtəlif növ iriçaplı silahlardan atəşə tutub: "Saat 20:05-də ermənilər Qapanlını atəşə tutdular. Azərbaycan Silahlı Qüvvələrinin cavab atəşi ilə düşmən susduruldu. Hadisə nəticəsində ciddi dağıntı və tələfat yoxdur".
M.Məmmədov deyib ki, ötən gecə erməni tərəfi rayonun Çiləbürt və Yarımca kəndlərini də atəşə tutub: "Düşmən bütün hallarda cavab atəşi ilə susdurulub".
Strategiya.az