Strategiya.az bildirir ki, AzərTAc xəbər verir ki, bu fikri İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin xarici işlər nazirlərinin İstanbulda keçirilən toplantısının açılışında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir deyib ki, İƏT-in İstanbul Sammitinin dünyadakı digər münaqişələrlə yanaşı, Dağlıq Qarabağ problemi ilə bağlı daha bir qərar qəbul etməsinə ehtiyac var. Münaqişə yalnız BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünə dair məlum qətnamələri əsasında, Azərbaycanın beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığı şərti ilə həll olunmalıdır.