Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturunun gecə 5-8, gündüz 11-16 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında
Martın 19-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Arabir güclənən qərb küləyi əsəcək, bəzi rayonlarda güclü olacaq.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti olacağı gözlənilir.
Xəbərdarlıq
Martın 23-dək ölkə ərazisində güclü küləkli hava şəraiti üstünlük təşkil edəcək. Tez-tez cənub küləyi şimal-qərb küləyi ilə əvəz olunacaq.