Strategiya.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nizami RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 7-də "Komtec LTD" şirkətinə məxsus "Milli ön" ödəmə terminalını sındırmış və içərisindəki 217 manatı oğurlamış Gəncə şəhər sakinləri Tural Ələşrəfov, Həsən Salmanov və Atil Hacıyev tutulublar.