"Biliklərin qiymətləndirilməsinin iyerarxik bir sistemi yarandı"...
"Şagirdlərin və eyni zamanda, tələbələrin çoxunun nitq keyfiyyəti yoxdur"...
"Qabiliyyət imtahanlarını gücləndirmək lazımdır"...
"Müəllimlər imtahan prosesinə, attestasiya prosesinə çox laqeyd yanaşırlar"...
"TQDK ilə Təhsil Nazirliyi arasında ziddiyyətlər 3 il əvvəl daha kəskin idi"...
Strategiya.az APA-ya istinadən bildirir ki, bu fikirləri "XXI əsr" Təhsil Mərkəzinin sədri, təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Etibar Əliyevin sözlərinə görə, hazırkı dövrdə qəbul prosesində hər hansı dəyişiklik xaotik vəziyyət yarada bilər: "Qeyd olunduğu kimi, qəbul qaydaları bir il əvvəl müəyyənləşdirir və heç bir dəyişikliyə uğraya bilməz. Fərmanın indi verilməsinin də tələbə qəbulunun keçirilmə keyfiyyətinə təsiri olmayacaq. Yəni TQDK öz işini qurub, artıq iki sınaq imtahanı keçirilib, qəbul imtahanlarına çox qalmayıb. Qəbul imtahanları TQDK-nın tətbiq etdiyi yeniliklərlə birgə keçiriləcək".
Biliklərin qiymətləndirilməsində müəyyən sistemsizlik olduğunu deyən qonaq TQDK-nın təkcə tələbə qəbulunu həyata keçirmədiyini vurğulayıb: "TQDK həm də ədliyyə sisteminə qəbulu, vəkillərin qəbulunu həyata keçirirdi. Belə olan halda, bu fəaliyyət çox genişlənmişdi və "tələbə qəbulu" adından kənara çıxırdı. Bu ad dəyişilməli idi, kənarda isə başqa bir qurumun, yəni eyni xarakterli Dövlət Qulluğuna Qəbul Komissiyasının fəaliyyət göstərməsi müəyyən bir sistemsizlik yaradırdı. Hesab edirəm ki, biliklərin qiymətləndirilməsinin iyerarxik bir sistemi yarandı. Yəni 9-cu sinif şagirdlərindən tutmuş, dövlət qulluğuna qəbula qədər bütün imtahanlarda müəyyən bir iyerarxik sistem formalaşdı. Prezidentin imzaladığı fərmana uyğun olaraq təsdiqlənmiş əsasnamədə 5-11-ci siniflər üçün monitorinq imtahanları, hazırlıq mərkəzlərinin yaranması nəzərdə tutulur. Eyni zamanda Təhsil Nazirliyinin sifarişi ilə bütün fənlər üzrə dərsliklərin qiymətləndirilməsi də nəzərdə tutulur. Bu iki sistemin daha həmahəng işləməsinə gətirib çıxaran bir fərmandır".
Etibar Əliyev test üsulunun ləğvi barədə fikirlərə də münasibət bildirib: "Əslində, söhbət tamamilə testin ləğv olunmasından getmir, sadəcə, müəyyən təkmilləşdirmə işləri aparılmalıdır. Bu ondan irəli gəlir ki, şagirdlərin və eyni zamanda tələbələrin çoxunun nitq keyfiyyəti yoxdur. Amma indiki sistemin daha yaxşı alternativi olmadığı üçün bu sistemə müəyyən esselərin yazılmasını əlavə etmək olar, bir çox ixtisaslar üçün keçirilən qabiliyyət imtahanlarını gücləndirmək lazımdır. Əgər orta məktəb məzununa kamal attestatı verilirsə, o, nitqini ifadə etməyi, yazmağı bacarmalıdır və bir sıra bacarıqları əldə etməlidir. Digər mərhələdə isə ali təhsil gəlir. Ali məktəblər də bu prosesə aktiv qoşulmalıdır. Tələbələrin daha savadlı, ixtisasını daha dərindən bilən mütəxəssis kimi yetişməsinə yardımçı olmalıdır. Hazırda həm orta məktəblərdə, tələbə qəbulunda, həm də ali məktəblərdə biliyin qiymətləndirilməsində test üsulu tətbiq olunur".
Ekspertin sözlərinə görə, müəllimlər attestasiya prosesinə ciddi yanaşmırlar: "İlk dəfə keçən il müəllimlərin biliklərinin diaqnostik qiymətləndirilməsi həyata keçirildi. Bu müəyyən qədər effekt də verdi. Bu gün bizim müəllimlər imtahan prosesinə, attestasiya prosesinə çox laqeyd yanaşırlar. İnkişaf etmiş ölkələrdə bir çox hallarda müəllimlər özləri biliklərinin qiymətləndirilməsi üçün dövlət qurumlarına müraciət edirlər, bu onların karyeralarına müsbət təsir edir. Bizdə isə çox az müəllim buna müstəqil olaraq maraq göstərər. Biliklər və biliklərin statusu dəyişir. Ona görə də yeni biliklərə malik olan, eyni zamanda, etalon bacarığı üçün müəllimlərdən çox şey asılıdır. Müəllimlərin bir çoxu uşaqların biliklərinin artırılmasını yalnız test üsulu ilə aparırlar. Hesab edirəm ki, yeni yaradılmış qurumda imkanlar daha da çoxalar və biliklərin daha şəffaf, obyektiv və məzmunlu qiymətləndirilməsində bu mərkəz önəmli rol oynayar".
Etibar Əliyev yeni yaradılan qurumda ictimaiyyət nümayəndələrini təmsil olunmasını müsbət addım kimi dəyərləndirib: "İndi ictimaiyyətin marağı bir çox məsələlərdə nəzərə alınır. Bu mərkəzin nizamnaməsində də beynəlxalq təşkilatlarla yanaşı, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq da nəzərdə tutulur, bu çox mühüm amildir. Dövlət İmtahan Mərkəzi ictimai hüquqi təşkilatdır. Burda ictimaiyyətin nümayəndələrinin aktiv iştirakı nəzərdə tutulur. Nizamnamədə çox maraqlı məqam var ki, yeni qurum istənilən təşkilatla monitorinq müqavilə də bağlanıla bilər. Direktorlar Şurasının ölkə başçısı tərəfindən təyin olunmasını da müsbət hal kimi qiymətləndirirəm. TQDK-nın əməkdaşlarının kifayət qədər peşəkar olması onların fəaliyyətində də görünür. Yeni yaranmış mərkəzin 70-80 faizini TQDK həyata keçirir. Heç şübhəsiz ki, onların kadr potensialı nəzərə alınacaq".
Qonaq TQDK ilə Təhsil Nazirliyi arasında fikir ayrılıqlarının olduğunu istisna etmir: "TQDK ilə Təhsil Nazirliyi arasında ziddiyyətlər olub, amma bu 3 il əvvəl daha kəskin idi. Təhsil Nazirliyinin əvvəlki rəhbərliyi istəmirdi ki, TQDK statistikanı açıqlasın. Çünki bu ictimailəşirdi və təhsil sistemi kəskin tənqidə məruz qalırdı. Təhsil Nazirliyi isə öz növbəsində TQDK-nı sualları çətinləşdirməkdə günahlandırırdı, amma əslində bu zəif arqument idi. Sualları asanlaşdıraraq hamının yüksək balla ali məktəblərə qəbul olunması doğru olmaz. Yeni DİM isə qurumların daha səmərəli işləməsinə şərait yaradacaq. Artıq hər iki qurum imtahan prosesində, biliklərin qiymətləndirilməsində, dərsliklərin monitorinqində birgə çalışmalıdırlar və bu faktorların özü ölkə təhsilinin inkişafına təkan verməlidir".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM