Nağıl danışmağın faydası varmı?
"Milana" Psixologiya Nitq İnkşaf Mərkəzinin psixologiya sahəsinin rəhbəri Vəfa Rəşidovanın sözlərinə görə, nağıllar uşaqlıq dövründə eşidilirsə, insan psixologiyasına, şüuraltısına çox böyük təsir göstərir: "Bu, kənardan sadə bir şey kimi görünə bilər. Amma insanın xarakterində, ruh halında, həyata baxış bucağında və şəxsiyyət kimi formalaşmasında nağılların böyük rolu var".
Nağıllar necə seçilməlidir?
Mütəxəssis V.Rəşidova bildirib ki, nağıllar çoxdur və müxtəlifdir: "Valideyn seçim edərkən fikir verməlidir ki, nağıllar şəxsiyyəti, xarakteri formalaşdırsın. Nağıllar ilk növbədə yaxşılığı əks etdirməlidir. Uşağın şüuraltısında yaxşılığın insan üçün müsbət xarakter xüsusiyyəti olduğu fikri möhkəmlənməlidir. Şüuraltıda yaxşılıq etmək, yaxşı insan olmaq, daim yaxşılıq pisliyə qalib gəlir fikirləri prioritet olmalıdır. Bu məzmunda nağıllar deyilsə, yaxşı olar".
Rəşidovanın dediyinə görə, övladları qorxudan, fobiyadan əziyyət çəkən valideynlər az deyil: "Qorxuları, fobiyanı aradan qaldıran nağıllar da var. Misal üçün, uşaq itdən, qaranlıqdan, özgüvən əksikliyinin nəticəsi olaraq nəyisə etməkdən qorxursa, bunu aradan qaldıran nağıllar var. Belə nağıllar uşaqlara qorxmamaq, məğrur olmaq, möhkəm olmaq kimi fikirləri aşılayır".
Nağıllarla uşağı düzgün tərbiyə üsulu
Psixoloq qeyd edib ki, valideynlər uşağa düzgün irad desələr və ya tərbiyə verməkdən ötrü çox gözəl məsləhətlər versələr də, övladlar valideynlərin iradlarını, sözlərini qəbul etməzlər. Bunu isə üçüncü şəxsin adından nağıl formasında danışmaq olar. Uşağın davranışında, xarakterində yanlışlıqlar, səhv etdikləri məqamlar, qorxuları varsa, onu düzgün istiqamətləndirmək üçün fikirlərini üçüncü şəxsin adından çatdıra bilərlər. Belə olan halda, uşaq həm qorxularını yenəcək, həm də özgüvəni artacaq. Uşaq düşünəcək ki, qəhrəman nağılda qorxmadı, çətinliyi asanlıqla keçdi. Bu informasiya onun şüuraltısında qalır. O da bu formada qorxusuna qalib gəlir".
Bu nağılları danışmaq olmaz!
"Nağıllar yazılıbsa, bu o demək deyil ki, bütün nağıllar uşaqlara yaxşı formada təsir göstərir. Nağıllar xüsusi seçilməlidir. Əsas - nağılın kökündə nəyin olmasıdır. Nağıl uşağa nə çatdırmaq istəyir? Valideyn buna diqqət göstərməlidir. Uşaq beyni ilk nə eşitdisə, gördüsə, sabah onu xarakterində, davranışlarında yamsılayacaq, - deyə Rəşidova bildirib. - Nağılları seçərkən ehtiyatlı olmaq lazımdır. Məzmununda yanlışlığa yol verilən nağıllar uşağın həyatına mühüm mənfi təsirini göstərə bilər. Və yaxud da ki, misal olaraq, "Sən yeməyini yesən, anana qulaq assan, çirkin ördək kimi böyüyərsən, gözəl qu quşu olarsan" kimi əlavələr uşağı şərtlərlə tərbiyə etməyə gətirib çıxarır. Yəni, uşaqla məhz bu formada danışanda şərtə çevrilir. "Sən bunu yesən, bunu edərik" və yaxud "Sən mamaya qulaq assan, bu ola bilər" ifadələri artıq şərt deməkdir. Uşağa etməli olduqlarının xeyrini başa salmaq lazımdır. Onda uşağın dünyagörüşü, söz lüğəti zənginləşir. Şərtlə tərbiyə prosesində isə uşağın şüuraltısında formalaşır ki, hər şeyi şərtlə etmək lazımdır. Bundan sonra uşaq şərtsiz heç nə etmir".
Yuxudan əvvəl nağıl
Nağılları uşaq yuxuya getməzdən öncə danışmaq bir adətə çevrilib. Mütəxəssis bildirib ki, nağıl uşaqlar üçün hər zaman maraqlıdır. Amma nağılları, bir var, kitabdan oxumaq, bir də var, danışmaq. Uşaqlar üçün onlara nağılı danışanda daha xoş olur. Əsasən də nağılları uşaq gecə yatmazdan əvvəl danışanda bir rejimə çevrilir. Artıq uşaq vaxtı-vaxtında yatmaq rejimini bilir. Yatmağa ağlayaraq, qışqıraraq getmir.
Müsahibimin fikrincə, son zamanlar uşaqlar yatmaq istəmirlər: "Uzun müddət - gecə saat 11-ə, 1-ə qədər oyaq qalan uşaqlar var. Bu rejimsizlikdir. Amma yatmazdan əvvəl 10-15 dəqiqə uşaqla oynayıb, yatmaq saatını yaxşı proses kimi ona yansıtmaq və sonra ona mükafat olaraq nağıl danışmaq bu problemi aradan qaldırar.
Uşaq bilir ki, yerinə girəndə anası ona mükafat olaraq nağıl danışacaq. Bu onda motivasiya yaradır. Ana nağılı danışıb otağı tərk edəndən sonra uşaq gözəl əhval-ruhiyyədə yatmağa başlayır. O, sanki özünü nağıllar aləmində hiss edir. Uşağa bu ab-havanı yaratmaq lazımdır. Bu davranış modeli həm ananın uşağa qayğısını gözəl şəkildə göstərir, həm uşaq anasından məmnun olur.
Uşaqda rejim formalaşır ki, məsələn, "Mən bu saatda yatacağam, anam da mənə nağıl danışacaq". Həm də nağılda gözəl bir şeylər danışılırsa, bu öz təsirini tərbiyədə göstərir. Hər axşam yatmayan uşaqlar belə, yatmaq vaxtlarını güdəcəklər ki, "Mama bizə nağıl danışacaq".
Uşaq gecə saat 10-da yatağa gedəcəksə, 10-a 15 dəqiqə qalmış valideynlər uşağı yatmaq vaxtına hazırlamalıdırlar. Uşaq başa düşür ki, yatmaq prosesi çox maraqlı olur və sonunda onu mükafat gözləyir. Ona görə də həvəslə, yaxşı əhval-ruhiyyədə yatağa gedir".
Nağıllarla improvizə
Rəşidovanın sözlərinə görə, bəzən valideynlər uşağı düzgün istiqamətləndirmək üçün nağıllara özlərindən əlavə və dəyişikliklər edirlər: "Nağıla əlavələri düzgün şəkildə etmək lazımdır. Uşağın davranışında düzgün hərəkətlər yoxdursa, yanlışlıqlara yol verirsə, orada onun üçün 3-cü şəxsin adından onu düzgün davranışa istiqamətləndirən əlavələr etmək olar. Amma nəzərə almaq lazımdır ki, uşaq müəyyən yaş dövründən sonra kitabı açıb nağıla əlavənin olduğunu, dəyişdirildiyini görsə, anasını yalan danışmış bir obraz kimi tanıyacaq. Fikirləşəcək ki, "Ana mənim üçün nağılı dəyişdirib, ona əlavələr edərək mənə yalan danışıb ki, mən düzəlim". Bu, uşaqda xəyal qırıqlığı yarada bilər. Ona görə, nağıla əlavə edəndə belə, elə etmək lazımdır ki, qabarıq şəkildə olmasın. Necə varsa, elə oxunsun və valideyn də bununla öz sözünü nağılın məzmununda əridərək desin. Əks halda uşaq sabah bunu hiss edər və anasına qarşı güvəni sarsılar".
Milli.Az
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM