Bolqarıstanın www.fakti.bg internet portalında Ermənistanın Bolqarıstandakı səfirliyi tərəfindən ölkəmizin əleyhinə “Dağlıq Qarabağ Azərbaycanın tərkibində gələcəyə malik deyil” başlığı altında yerləşdirilən qərəzli məqaləyə cavab olaraq, eləcə də aprelin 2-də təmas xəttində erməni silahlı qüvvələrinin təxribatı barədə məlumatı Bolqarıstan ictimaiyyətinə çatdırmaq məqsədilə Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanova həmin portala müsahibə verib.
Müsahibədə səfir Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycan Respublikasının ərazilərinin hərbi yolla işğalının heç vaxt Ermənistanın arzuladığı siyasi nəticəni verməyəcəyini, Ermənistanın silahlı təxribatı nəticəsində qoşunların təmas xəttində vəziyyətin gərginləşməsinə görə bu ölkə tərəfindən Azərbaycanın günahlandırılması cəhdinin öz vətəndaşlarını və beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi daşıdığını qeyd edib. O vurğulayıb ki, Azərbaycan ərazilərinin hərbi işğalı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ola bilməz və Ermənistan nə qədər tez bu reallıqla barışsa münaqişə bir o qədər qısa müddətdə həllini tapar və region ölkələri iqtisadi inkişaf və əməkdaşlıq perspektivlərini əldə edə bilər. Səfir Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin hərbi və maliyyə dəstəyi əldə etmək məqsədilə erməni diasporu və xarici vətəndaşlara müraciət edərək pul köçürmələri üçün bank hesabları açdıqlarını nəzərə çatdırıb. Separatçı rejimin qondarma “maliyyə nazirliyi”nin internet səhifəsinə istinadən dram, dollar, avro və rubl ilə hesablar açılaraq, beynəlxalq banklar vasitəsilə maliyyə yardımı üçün köçürmələr həyata keçirdiyi iddia edilsə də, separatçı rejimin qondarma “baş nazirinin müavini” öz facebook səhifəsində bu maddi yardımın məhz silah almaq üçün xərclənəcəyini yazıb. Səfir, həmçinin Ermənistanın silahlı qüvvələrinin 1949-cu il Cenevrə konvensiyası və onun protokollarını, həmçinin silahlı münaqişə zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü il Haaqa konvensiyasının müddəalarını kobud şəkildə pozduğunu bolqar ictimaiyyətinin diqqətinə çatdırıb. Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində 6 mülki şəxsin, onların arasında 16 yaşınadək 2 uşağın öz evlərində öldürüldüyünü, 24 mülki şəxsin yaralandığı və əlil qaldığını qeyd edən səfir əsas mülki infrastruktur, o cümlədən özəl və dövlət müəssisələrinə ziyan dəydiyini və 206 fərdi ev, 30 məktəb, bir məscidin dağıdıldığını vurğulayıb. Diplomat, həmçinin bildirir ki, aprelin 3-də Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizin işğal olunmuş ərazilərində əks-həmlə əməliyyatını və cavab tədbirlərini birtərəfli qaydada dayandırmasına baxmayaraq, Ermənistan silahlı qüvvələri atəşkəs çağırışlarına məhəl qoymayaraq aprelin 5-dək Azərbaycanın təmas xətti boyunca mövqelərini və mülki əhalinin yaşadığı məntəqələri artilleriya daxil olmaqla ağır silahlardan atəşə tutub. Səfir müsahibəsində SSRİ-nin süqutundan sonra Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkibinə daxil olmadığına dair erməni tərəfinin əsassız iddialarına da cavab verib.//Azertac
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM