AZADLIQ İSTƏYƏNLƏRİN MANİFESTİ
İstəmək. Sevmək. Aşiq olmaq.
İnsana aid olan hərəkət və hərəkətsizliyin bir-birinə qarışdığı bu kəlmələrin məna çalarlarını izahlı lüğətdən bu yazıya köçürmək niyyətində deyiləm. Anladığımı anlatmağa üstünlük verirəm.
İstəməkdə praqmatizm var, mümkün həddə qədər ağılla duyğunun tarazlığını qoruya bilirsən. İstəyərək əl uzatdığını götürürsən, əl uzatdığın səndən uzaqlaşırsa, əlini geri çəkə bilirsən.
Sevmək duyğunun zaman-zaman ağıldan önə keçməsidir, burada da hüdud var, fiziki aşa bilmədiyin sərhədləri xəyali aşmağa aludə olursan və hər zaman ağılla duyğunun ziddiyyətinin obyekti olaraq dünyanı arzularına tabe edə bilməmə zəifliyinin acısını yaşayırsan.
Aşiq olmanın ən rahat açılışını bizim folklor daha sadə şəkildə verir: Dəli-divanə olmaq. Ağıl da, duyğu da bitmiş, bədən yox, ruh var və yekun olaraq şüşəyə artıq girməyəcək cinin intiharı var.
Azadlıq deyilən bəşərin ən ehtişamlı kəlməsinə də bu üç hərəkət-hərəkətsizlik kateqoriyalarının yönəldiyi cismani və ruhani obyekt kimi baxmaqda fayda var: Azadlığı istəmək, Azadlığı sevmək. Azadlığa aşıq olmaq.
Allah qapısını açsın Nemət Pənahlının, müraciət forması indi işimizə yavaş-yavaş yaramağa başladı. Bütün çağırışlarına ünvanı belə müəyyənləşdirmişdi: “Ey Azadlıq aşiqləri!” Azərbaycanda bu çağırışı eşidən olmadı, ancaq bir çox ölkələrdə, sonuncu olaraq da Ukrayna Maydanında həmin Azadlıq aşıqləri qalib gəldi. Kənardan azadlığı sevənlər onları alqışladı. Azadlığı istəyənlər isə xeyli geridə duraraq qaçınılmaz intiharı gözləməyə başladılar. Və az keçməmiş gözlənilən bu intihar xəbəri gəldi: Krım.
Nemətdən söz düşmüşkən, xatırlayırsınızsa, həmin azadlıq aşıqliyinin platformasını da mərhum şairimiz Ağamalı Sadiqin bir beyti ilə əsaslandıra da bilmişdi:
“Durub ağıl-ağıl eyləyən fağır,
Vur çayı birbaşa keç peşiman ol!”
Və Ukraynada da ağıl-ağıl demədən o çayı birbaşa keçdilər. O çayı birbaşa keçməyin faciəsini yaşamış bir ölkənin az-çox düşünən insanı kimi, artıq Azadlıq aşiqliyinin varabiləcəyi nəticəyə görə zərrə qədər həmin anlarda Maydan simpatiyası yaşaya bilmədim.
Rusiyanın Krımı işğalı planlaşdırılmış hərəkət idi, ancaq bu hərəkət üçün həm də Putinin istədiyi situasiyanı ona vermək lazım idi. Ukraynada Azadlığı istəyənlər önə çıxa bilmədi, Azadlığı sevənlər siyasəti Maydana daşıdı, Maydan vakkumu onları Azadlıq aşıqlərinə çevirdi, aşıqlər həqiqətən fədakarlıqla döyüşdülər və gözlənildiyi kimi son bir məqamda Məcnun maksimalizmindən qurtula bilmədilər. Formal olaraq Yanukoviçi iqtidarda tutaraq, gözlənilən təhlükəni yumşaltma qərarı verə bilmədilər. Bizim 1992-ci ildəki daha qətiyyətsiz Azadlıq aşıqliyimizin bənzəri çox detalları var burada. Ukrayna hadisəsi bir gerçəyi hamının xəyal dolu qafasına soxdu. Demokratiyadan öncə dövlətin şikəst orqanizmə çevrilməsini əngəlləmək! Bu gün kimsəyə sirr deyil ki, Ukrayna, Moldova, Gürcüstan və həm də bizim Azərbaycan orqanizmində bədxassəli şiş yetişən onkoloji xəstə vəziyyətindədir. Artıq Rusiya kimisə öldürmür, onkoloji pasientə çevrir, istəsən də, istəməsən də kimyəvi müalicə üçün qapısına getməyə məhkumsan.
Bəs indi Azərbaycan nə edə bilər? Bəzi dostlarımızın ifadə etdiyi şəkildə guya indiki Ukrayna iqtidarını tanımasaq Rusiyanın könlünü almış olarıq. Əslində Rusiyanın indiki Ukrayna iqtidarını tanımama deyə bilr tələbi yox, köhnə Ukraynanı tanımama tələbi var. Üstəlik, artıq Rusiyanın heç könülü də qalmayıb, silahı çalışır. Krımsız Ukraynanı tanımaq Ukraynanın da Qarabağsız Azərbaycanı tanıması deməkdir. Ukraynanın ərazi bütövlüyünü tanımaq, eyni zamanda Rusiyanın yeni ərazi bütövlüyünə şübhəli yanaşmaqdır. O zaman Rusiya da Dağlıq Qarabağın müstəqilliyinə tamamilə şübhəsiz yanaşacaqdır.
Krımın işğalı artıq Azərbaycanda daxili siyasi mübarizənin də mənası ortadan qalxdı. Azərbaycan indi talkuçka deyilən yerlərdə obyekti olan xırda sahibkara bənzəyir. Obyekti var, mülkiyyət sahibliyi şübhəlidir. Addım-addım bütün keçmiş sovet respublikaların ərazinin sahibindən onun mülkiyyətçisinə çevrilmək şansını itirməyə doğru gedirlər.
Xeyli əvvəllər düşünürdük ki, harada bir rus əsgəri varsa, orada müstəqillliyə hər zaman ciddi təhlükə var. Sonra başa saldılar ki, harada bir rus varsa, orada müstəqilliyə müdaxilə imkanı daha realdır. Bu gün qarşılaşdığımız gerçəklik daha vahiməlidir: Harada bir rus dilində danışan insan varsa, heç rus mənşəli olmasına da gərək qalmır, onun hüquqlarının qorunması bəhanəsi kifayət edər ki, müstəqilliyimiz şübhə altına alınsın.
Səmimi deyirəm, bu günün ən ağır işi hər kəsin özünü Azərbaycan prezidentinin yerinə qoyub atıla biləcək ən yaxın addımları düşünməsidir. Illərin siyasi təcrübəsi də, beynəlxalq güclərin rəqslərinin ritmini anlamaq da rus ruletkasının qəfil açılışı və qayıdışını proqnozlaşdırmaqda əqli imkanlarımızı da tükəndirib sanki...
Bu gün Azərbaycan iqtidarı təhlükənin hər an baş verəcəyini gözləməyə məhkum sərhədçiyə bənzəyir. Onun beynindən ev qayğılarını, problemlərini mütləq çıxarmaq lazım, bütün diqqət hər an pozula biləcək sərhəd zolağına yönəlməlidir. Bu ili sənayeləşmə ili elan etmişik, bəlkə heç bu hədəfi dəyişmədən rəmzi olaraq müstəqilliyin qorunması yollarının hamılıqla düşünülməsi ili kimi yaşamağa özümüzü alışdıraq?
Fikrimcə, hakim partiya bütün siyasi qüvvələrə dövlət müstəqilliyinin qorunması istiqamətində iqtidarın xarici siyasət kursunun şərtsiz dəstəklənməsi barədə bir həmrəylik memerandumu imzalamaq təklif etməlidir. Daxili həmrəylik duyğusunu qaldırmaq, bir-birinə etimadsızlığı yumşaltmaq üçün bu vacibdir.
Vur-tut cəmi bir nəfər qalan Azadlıq aşıqi həbsxanada, marjinal qruplar şəklində param-parça olmuş Azadlığı sevənlər buraxın şəhərin bu meydanından o biri meydanına içlərini boşaldaraq yürüsünlər, Zaman və məkana səbrlə diqqət yetirərək Azadlığı istəyənlərin durduğu cinahları uzlaşdırma siyasəti bu gün hər zamankından daha ciddi tələbata çevrilib. Çünki bu gün sizin itirə biləcəyiniz iqtidar, həm də bütün azadlıq istəyənlərin itirəcəyi dövlət müstəqilliyi ola bilər.
Bu gün demokratiyanı da, müstəqilliyi də, azadlığı da sadəcə istəmək lazım, onu sevmək, ona aşıq olmaq təhlükəli görünməyə başlayır. Ölkənin iç siyasətində düşmən axtarışı öləziməlidir, iqtisadi azadlıqları genişləndirməklə insanların yaşam sıxıntıları yumşaldılmalıdır, hər şey əsasən xarici siyasətdə atılacaq çevik addımlara indekslənməlidir. Mən birləşdirici nöqtəni deyirəm, saxta canfəşanlıqla mənasız gündəm yaratmaqla məşğul olan guya iqtidara işləyənləri də, narazılığını ovutmaq üçün Amerikaya, Avropa Birliyinə hələ də ümidlə boylanan müxalifətə işləyənləri də öz başlarına buraxın, səmimi olaraq hər cinahda Azərbaycanın müstəqilliyinə işləyən bir obrazda vətəndaş təqdimatını önə çəkməliyik. Bu gün müstəqilliyi sevən, ona aşiq olan insandan çox, sadəcə müstəqilliyi istəyən bütün cinahlardakı insanların təmkini, soyuqqanlı qərarlılığı ölkənin bu təlatümdən yayınmasına daha faydalı olacaqdır.
Qərbin buzqıran gəmisi təyinat məntəqəsinə gələnə qədər, Şimalın buzundan don vurmamış çıxmalıyıq. Azadlıq istəyənlərin ən gerçəkçi istəyi, məncə bu ola bilər.
19 mart 2014, Praqa
Fazil Mustafa,
Milli Məclisin deputatı
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM