Strategiya.az bildirir ki, Trend-in Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, bunu "Azad demokratlar" partiyasının sədri Xaçatur Kokobelyan deyub.
X.Kokobelyan bir neçə gün öncə Ermənistan Milli Yığıncağına "Ermənistanın Avrasiya İqtisadi Birliyində üzvlüyünün dayandırılması proseduruna başlanılması haqqında" qanun layihəsini təqdim etmişdi.
Onun sözlərinə görə, qısa müddət ərzində, hətta Milli Statistika Xidmətinin məlumatına əsasən, Ermənistanın idxal və ixracı xeyli azalıb: "Avrasiya İqtisadi Birliyində üzvlük həm iqtisadi, həm də təhlükəsizlik məsələləri baxımından Ermənistanın milli maraqlarına uyğun deyil.
X.Kokobelyan qeyd edib ki, Ermənistan Moskvada Avrasiya İqtisadi Birliyinin iclasında bu strukturdan çıxmasını bəyan etməli idi: "Çünki Rusiya indiyədək hər gün, hər saat Ermənistanın dövlət maraqlarını tapdalayır".