Azərbaycanda dəhşətli cinayət- Arvad oğlu ilə birgə ərini öldürtdü

13:46 / 19.03.2014

Dəstə üzvləri saxlanılarkən hər birinin üstündən narkotik maddə olan heroin də aşkarlanıb 

 

DİN Baş Cinayət Axtarış, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Şəki şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdiyi uğurlu əməliyyat axtarış tədbirləri və zəruri istintaq hərəkətləri nəticəsində sifarişli qətl, quldurluq, oğurluq və narkotik maddələrin satışında təqsirli bilinən 11 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstənin üzvləri yaxalanıb. 

“Qafqazinfo”ya DİN-dən verilən məlumata görə, polis əməkdaşları ilk öncə Şəki şəhərində anadan olan 53 yaşlı Oruc Şirəliyevin 2013-cü il aprelin 13-də Rusiya Federasiyasının Nijnıy Novqorod şəhərində qətlə yetirilməsi faktının üstünü açıb. Araşdırmalarla müəyyən edilib ki, Oruc Şirəliyevin qətlini onun həyat yoldaşı 43 yaşlı Sevinc Şirəliyeva, oğlu, 21 yaşlı Bürhan Şirəliyev və ailəyə yaxın olan 33 yaşlı Vüsal Mustafayev sifariş verib. Vüsal Mustafayev istintaqa ifadəsində bildirib ki, Rusiyada bizneslə məşğul olan Oruc Şirəliyevlə uzun müddət aralarında ədavət olub. O həm bu ədavətə son qoymaq, həm də Oruc Şirəliyevin var dövlətini ələ keçirmək üçün onu öldürmək qərarına gəlib. Vüsal Mustafayev bu məqsədlə Orucun həyat yoldaşı Sevinc və oğlu Bürhanla qabaqcadan razılıq da əldə edib. Plana əsasən Oruc Şirəliyev öldürüldükdən sonra onun varidatı aralarında bölünməli imiş. Tərəflər arasında razılıq əldə olunduqdan sonra Vüsal Mustafayev Şəki şəhər sakini, 37 yaşlı İqbal Cumayevə qətli törətmək üçün killer tapmağı tapşırıb. İqbal Cumayev isə həmyerlisi, 35 yaşlı Elçin Məmmədovu taparaq Vüsalla tanış edib. Beləliklə, Vüsal Mustafayev Oruc Şirəliyevin qətli üçün Elçin Məmmədova 20 min dollar pul vəd edib. Amma Elçin Məmmədov ələ keçə biləcəyindən qorxaraq qətli Azərbaycanda yox, Rusiya Federasiyasında törədəcəyini bildirib.

Plana əsasən Oruc Şirəliyevin oğlu Bürhan Şirəliyev qabaqcadan Nijnıy Novqorod şəhərinə gedərək Elçin Məmmədovu gözləyib. Elçin Məmmədovu qarşılayan Bürhan atasının işə gəlib-getmə marşrutunu və lazım olan bütün məlumatları ona verib. Beləliklə, Oruc Şirəliyevi izləyən Elçin 2013-cü il aprelin 13-də onu çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. 

Qətldən sonra Oruc Şirəliyevə məxsus Şəki şəhərindəki ev, marşrut və yük avtobusları özünü kriminal avtoritet kimi qələmə verən 28 yaşlı Rüfət Nurəliyevin vasitəsi ilə satılaraq pulları bölüşdürülüb. Vüsal Mustafayevlə Bürhan Şirəliyev isə əvvəlcə qətli törətməyin müqabilində Elçin Məmmədova vəd verdikləri pulu ödəmək istəməyiblər. Lakin Elçin onlara hədə-qorxu gəldiyindən pulun yarısını – yəni 10 min manatını ala bilib.

Araşdırmalarla daha sonra müəyyən edilib ki, saxlanılan şəxslərin bir hissəsi digər şəxslərlə əlbir olaraq Şəki şəhərində evlərə quldur basqını, Beynəlxalq Bankın bankomat aparatlarını talamağa cəhd və digər bu kimi cinayətlər də həyata keçiriblər. Şəki şəhər sakini Ruslan Rəfiyev dəstə üzvlərinə bildirib ki, tanışı Xanlar Hüseynovun evində 200 min dollar pul və külli miqdarda qızıl var. Vüsal Mustafayev tanışı, 31 yaşlı Kamran Qafarovu da ətrafına cəlb edərək gecə saatlarında Xanlar Hüseynovun evinə gəliblər. Onlar başlarına maska keçirib evə girmək istədikdə həyətdə ev sahibi ilə qarşılaşıblar. Bu zaman elektroşok və gözyaşardıcı qaz balonundan istifadə etməklə Xanlar Hüseynova zor tətbiq ediblər. Onun əl qolunu yapışqan lentlə bağlayan quldurlar evi axtararaq 1400 dollar və 3600 manat pul tapıb aradan çıxıblar.

İstintaq daha sonra saxlanılan şəxslərin müxtəlif vaxtlarda Azərbaycan Beynəlxalq Bankının Şəki şəhərində yerləşən bankomat aparatlarını talamağa cəhd etdiklərini də sübuta yetirib. Vüsal Mustafayevlə Kamran Qafarov tanışları, Şəki şəhər sakinləri, 34 yaşlı Mikayıl Mustafayev və 38 yaşlı Rüfət Hüseynəliyevi də bu işə cəlb ediblər. Onlar əvvəlcədən bu məqsədlə qaynaq avadanlıqları və digər ləvazimatlar alaraq bir neçə dəfə bankomatları yarmaq istəyiblər. Lakin qaynaq aparatından istifadə edə bilmədiklərinə görə istəklərinə nail ola bilməyiblər. Cinayətlər zamanı istifadə olunan qaynaq avadanlıqları, lüləsi və qundağı kəsilmiş tüfəng, gözyaşardıcı qaz balonu, elektroşok aparatı və digər vasitələr saxlanılan şəxslərdən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, dəstə üzvləri saxlanılarkən hər birinin üstündən narkotik maddə olan heroin də aşkarlanıb. Əməliyyat axtarış tədbirlərini davam etdirən polis əməkdaşları xeyli müddətdir ki, Şəki şəhərində narkotik maddələrin satışı ilə məşğul olan şəxsləri də ələ keçirib. Əvvəllər də narkotik maddə satdığı üçün dəfələrlə məhkum olunan 44 yaşlı İlqar Teymurov və əlbir olduğu 44 yaşlı Loğman Abdullayev narkotik maddə satarkən cinayət başındaca tutulublar. Qeyd olunan faktlarla bağlı cinayət məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, istintaq aparılır. Saxlanılan şəxslərin digər cinayətlər də törətdiyi ehtimal olunduğundan bu istiqamətdə araşdırmalar davam etdirilir.

Gördüyünüz bu şəxslərin cinayət əməllərindən zərər çəkmiş və ya hər hansı məlumatı olan vətəndaşların Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi"nə və ya yaxınlıqdakı polis orqanına dərhal məlumat verilməsi xahiş olunur.

 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM