Aprel ayının əvvələrində işğalçı erməni qoşunlarının cəbhənin bütün təmas xətti boyunca törətdikləri təxribat dünyanın hər tərəfində əks-səda doğurdu və ermənilərin regionda və bütün dünyada sülhə və sabitliyə təhlükə yaradan hərəkətləri qətiyyətlə pislənildi. Bu sırada Fransa senatorları, deputatları və ictimai xadimləri də Azərbycanın haqlı mövqeyini dəstəkləyən bəyanatlar səsləndirdilər.
Lakin aprelin 5-də tərəflər arasında atəşkəs haqqında razılıq əldə olunmasına baxmayaraq erməni hərbi birləşmələri yenə də atəş xəttində yerləşən və dinc əhalinin yaşadığı yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edirlər. Bundan hiddətlənən bir qrup Fransa siyasətçiləri yenidən Fransa prezidenti cənab Fransua Ollanda kollektiv müraciət ünvanlayıblar. Milli Məclisin üzvü, Azərbaycan-Fransa dostluq qrupunun üzvü Cavanşir Feyziyev tərəfindən redaksiyaya təqdim olunmuş müraciətin mətnini oxucularımıza çatdırırıq.
Cənab Respublika Prezidenti,
Adətən, iki tərəfin münaqişəsi zamanı, döyüşən tərəflərin ikisi də özünü təcavüzə məruz qalan, münaqişə qurbanı kimi qələmə verməyə çalışırlar. Tarixi ağrı-acı ilə dolu olan Ermənistannın siyasi gücü və mətbuat imkanları geniş olan bir diasporaya malik olması o demək deyl ki, o haqlıdır. Müsəlman və həm də dünyəvi ölkə olan Azərbaycanın isə zəngin neft ehtiyatlarının olması heç də onun günahkar olamsına dəlalət etmir.
Tənbəllik yaradan hazır mühakimələr və indiyədək formalaşmış təsəvvürlərdən kənara çıxmaq və situasiyanı olduğu kimi görmək lazımdır. 2016-cı il aprelin 2-də qanlı təxribat və görünməmiş zorakılıqların eskalasiyası nəticəsində Azərbaycan hökuməti beynəlxalq səviyyədə tanınmış sərhədləri yaxınlığında yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədi ilə zəruri tədbirlər görməli olmuşdur.
Bildiyiniz kimi, bu münaqişənin həlli üçün fundamental əsaslar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası tərəfindən1993-cü ildə qəbul olunmuş 822, 853, 874 və 884 saylı qətnamələri və BMT Baş Assambleyasının 2008-ci ildə qəbul olunmuş62/243saylı qətnaməsi ilə müəyyənləşdirilmişdir və bu qətnamələr işğalçı erməni qoşunlarının dərhal, tam şəkildə, heç bir şərt qoymadan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmasını tələb edir.
Azərbaycan ərazilərinin daimi işğalı səbəbindən təəsüflər olsun ki, bu müddəalara əməl edilmir.
Belə hesab edirik ki, beynəlxalq ictimaiyyət – xüsusilə də, ATƏT-in Fransanın da daxil olduğu Minsk Qrupunun həmsədr ölkələri mütləq və təcili olaraq ən qısa zamanda Ermənistanın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etməsi üçün hərəkətə keçməlidirlər.
Azərbaycanın işğal olunmuş əraziləri barıt çəlləyini xatırladır, belə ki, Azərbaycan bu günkü durumla razılaşmır, Ermənistan isə bütün təklifləri rədd edir və aprelin 5-də əldə edilmiş atəşkəsi pozur.
Ermənistanın siyasətini müəyyənləşdirən Rusiya və ona dəstək verən İran durumun ciddiliyini anlayaraq münaqişənin həlli yollarını arayırlar. Türkiyə də həmçinin öz səsini eşitdirir. Münaqişənin beynəlxalqlaşdırılması onun bütün həll yollarını daha da mürəkkəbləşdirəcək.
Durum sadədir: beynəlxalq ictimaiyyətin əlində qəbul edilmiş qətnamələr və münaqişənin həlli yollaını tapmaq tapşırığı almış Minsk Qrupu var. 25 ildir ki, davam edən “status-kvo”ya son qoymaq lazımdır və buna görə də cənab Prezident, biz sizdən xahiş edirik ki, Ermənistanı beynəlxalq hüququn müddəlarına əməl etməyə məcbur edəsiniz. Eyni zamanda, Təhlüksəizlik Şurasının daimi üzvü kimi sizdən xahiş edirik ki, onun bu təcavüzünün pislənməsinə nail olasınız.
Biz onu da əlavə edirik ki, bu gün Dağlıq Qarabağ və ona bitişik ərazilərin işğalına dəstək vermək sabah Krımın Rusiya tərəfindən işğalına dəstək verməklə nəticələnəcəkdir. Beynəlxalq hüquq hər yerdə tətbiq olunmalıdır, çünki bu, regional və beynəlxalq təhlükəsizlik üçün çox vacib şərtdir.
Vasitəçilərin problemin həllini ləngitmələrinə son qoymaq lazımdır. Münaqişənin yenidən alovlanmasının təsəvvür edilməsi mümkünsüzdür. Ona görə də cənab Respublika Prezidenti, biz sizdən xahiş edirik ki, Minsk Qrupunun həmsədri və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi tutuduğunuz vəzifəyə uyğun olaraq təcili tədbirlər görəsiniz.
Müraciəti imzalayanlar:
Jan-Mari Bokel (Jean-Marie Bockel), keçmiş nazir, Haut-Rhin bölgəsindən seçilmiş senator
Raşida Dati (Rachida Dati), keçmiş nazir, Respublikaçıların Avropa Parlamentində deputatı
Natali Qule (Nathalie Goulet), Orne bölgəsindən seçilmiş UDİ Senatoru, Xarici İşlər Komissiyasının sədr müavini
Andre Reyxard (André Reichardt), Bas-Rhin bölgəsindən seçilmiş senator, Avropa üzrə İşlər Komissiyasının sədr müavini, Fransa-Qafqaz Dostluq Qrupunun Azərbaycan üzrə sədr vəzifəsinin icraçısı
Jan-Lük REİTSER (Jean-Luc REITZER), Haut-Rhin bölgəsindən seçilmiş deputat,
Azərbaycan-Fransa Dostluq Cəmiyyətinin sədr müavini
Silvi QOY-ŞAVAN (Sylvie GOY-CHAVENT), Ain bölgəsinin Senatoru
Jerom Lamber (Jérôme LAMBERT), Charente bölgəsinin deputatı, Avropa İşləri üzrə Komissiyanın sədr müavini
Jerom Binyon (Jérôme BIGNON), Somme bölgəsinin Senatoru
Jan Fransua MANSEL (Jean-François MANCEL), Oise bölgəsinin deputatı
Kristian Nami (Christian NAMY), Meuse bölgəsininSenatoru
Strategiya.az
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM