Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, hadisə aprelin 18-də Cəlilabad rayonunun Ağdaş kəndində qeydə alınıb. Kənd sakini Xanımbacı Məmmədovanın evinə açıq qalmış qapıdan girmiş naməlum şəxs onu döyərək pul verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyib və hadisə yerini tərk edib.
Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmkəndlisi Zülfüqar Salayev tutulub.
Faktla bağlı araşdırma aparılır.