Strategiya.az-a verilən məlumata görə, IDC -nin apardığı yeni tədqiqatı piratçılıq və zərərli proqram təminatı arasında əlaqə olduğunu göstərir
International Data Corporation ( IDC ) və Sinqapur Milli Universiteti tərəfindəq birgə aparılan tədqiqata əsasən, 2014-ci ildə bütün dünyada müəssisələr proqram təminatıma qəsdən yüklənmiş zərərli proqramlarla bağlı problemlərin aradan qaldırılmasına 500 mlrd. ABŞ dolları xərcləyəcək. Proqnozlara görə, təhlükəsizlik məsələlərinin həlli üçün 127 mlrd. dollar, məlumatlarla bağlı qanun pozuntusunun qarşısının alınmasına isə 364 mlrd. dollar sərf olunacaq. Cari ildə qlobal istehlakçılar təhlükənin aradan qaldırılmasına və pirat proqram təminatına yazılan zərərli proqramlara görə sıradan çıxan bahalı kompüterlərin təmirinə 25 mlrd. dollar və 1,2 mlrd. saat sərf edəcəklər.
“Pirat proqram təminatı ilə kibertəhlükəsizlik sahəsində qanun pozuntuları arasında əlaqə” adlı tədqiqat göstərib ki, sorğuda iştirak edənlərin 60%-i ən çox şəxsi məlumatların və faylların itirilməsindən, internetdə avtorizasiya olunmamış tranzaksiyalardan (51%-i), elekton poçtun, sosial və bank şəbəkələrində akkauntların sındırılmasından (50%i) qorxur. Buna baxmayaraq, sorğu iştirakçılarının 43%-i təhlükəsizliklərini təmin etmək üçün yenilənmələri yükləmirlər və kompüterlərini kibercinayətkarların hücumu üçün açıq saxlayırlar.
Sorğuya əsasən, ticarət sirlərinin və ya rəqabətli məlumatların itkisi (59%), məxfi hökumət məlumatlarına icazəsiz girişi (55%), eləcə də əhəmiyyətli infrastruktura kiberhücümlar (55%) ölkə hökumətlərini narahat edir. Güman edilir ki, bu hökumətlər pirat proqram təminatı üzərində zərərli proqramlarla bağlı xərcləri 50 mlrd. dollar təşkil edə bilər.
“Kibercinayətkarlar təhlükəsizliyin təmin olunmasında mövcud olan istənilən boşluqdan gəlir əldə edirlər. Gəlir əldə etmək üçün onlar kompüter şəbəkəsinin sıradan çıxarılmasına dair yeni üsullar tapıblar. Nəticədə onlar istdiklərini əldə edirlər: sizin şəxsi məlumatlar, parol, pul. Məhz buna görə biz “Microsoft”un Kibercinayətkarlığa qarşı mübarizə mərkəzində bu cür addımlara son qoymaq və sizin şəxsi və maliyyə məlumatlarınızı qoruçaq, eyni zamanda, cinayətkarların maliyyə stimulunu azaltmaq niyyətindəyik”, - deyə “Microsoft”un Kibercinayətkarlığa qarşı mübarizə mərkəzinin icraçı direktoru və baş hüquq məsləhətçisinin müavini Devid Finn bildirib.
Tədqiqatın nəticələri martın 19-da piratçılıqla zərərli proqramlar arasında əlaqənin olması barədə məlumatlandırmanın genişləndirilməsinə yönəldilmiş və “Microsoft”un qlobal təşəbbüsü olan “Play It Safe” kampaniyası çərçivəsində dərc olunub.
Tədqiqatın əlavə cəhətlərinə daxildir:
• Şirkətlərin zərərlərinin təxminən 2/3 hissəsi (315 malrd. dollar) mütəşəkkil cinayətkarlığın əlində olacaq
• Proqram təminatının təxminən 20%-i müəssisələrdə işçilər tədəfindən quraşdırılır
• Sorğuda iştirak edən şirkətlərin 28%-i kompüterləri, şəbəkəni və ya veb-saytları sıradan çıxaran təhlükəsizlik pozuntularından məlumat verib
“Pirat proqram təminatının istifadəsi – minalanmış sahədə gəzintiyə bənzəyir: siz minanı nə vaxt tapdalamağınızı bilmirsiniz, lakin siz bunu etsəniz nəticələr məhvedici ola bilər. Maliyyə riskləri əhəmiyyətlidir və potensial itkilər bir vaxt gəlirli biznesi etibarsız edə bilər. Leqal proqram təminatının alınması uzunmüddətli perspektivdə ucuz başa gəlir – hər halda siz zərərli proqram şəklində “əlavələr” əldə etməyəcəyinizi bilirsiz”, - deyə IDC-nin baş elmi əməkdaçı Con Qants qeyd edib.
Sinqapur Milli Universitetinin mütəxəssisləri pirat proqram təminatlı 203 kompüter tədqiq ediblər və kompüterlərin 61%-nin öncədən zərərli promlara yoluxmasını aşkar ediblər. Bu kompüterlər 11 ölkənin reseller dükanlarından əldə olunub.
“Yeni kompüterlərin pirat proqram təminatına görə zərərli proqramlara yoluxması bizi narahat edir. Bu, istifadəçiləri və şirkətləri təhlükəsizlik baxımından zəiflədir. Universitetin texniki ekspertizası kibercinayətkarların pirat proqram təminatının təchizatını artırdığını bildirir. Biz onlayn və kibertəhlükəsizliyi təmin etmək üçün lisenziyalı proqram təminatından istifadə etməyi tövsiyə edirik”, - deyə Sinqapur Milli Universitetinin professoru Biplab Sikdar bildirib.
Qlobal tədqiqat prosesində aparılan sorğuda Braziliya, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, Yaponiya, Meksika, Polşa, Rusiya, Sinqapur, Ukrayna, Böyük Britaniya və ABŞ-dan olan 1 700 kompüter istifadəçisi, o cümlədən informasiya texnologiyaları sahəsində çalışan işçilər və rəhbərlər, dövlət qulluqçuları iştirak edib. Eyni zamanda Braziliya, Çin, İndoneziya, Meksika, Rusiya, Cənubi Koreya, Tayland, Türkiyə, Ukrayna və ABŞ-da əldə olunan 203 kompüter tədqiq olunub. Builki tədqiqat IDC-nin 2013-cü ildə təşkil etdiyi “Saxta və pirat proqram təminatının təhlükəli dünyası” tədqiqatının davamıdır.
Müştərilərə http://www.microsoft.com/security səhifəsini ziyarət etməyi və zərərli proqramlar barədə ətraflı məlumat və onların kompüterləri heç bir virusa yoluxmadığını yoxlamaq tövsiyə olunur. Kompüterdə hər hansı zərərli proqram təminatı olarsa, sözügedən veb-sayt infeksiyanın aradan qaldırılması üzrə alətlər təklif edir.
IDC-nin tədqiqatı barədə daha ətraflı məlumatı www.play-it-safe.net və ya www.microsoft.com/en-us/news/presskits/dcu/default.aspx veb-səhifələrində əldə etmək mümkündür.
“Microsoft” haqqında:
1975-ci ildə təsis edilmiş “Microsoft” korporasiyası proqram təminatı istehsalında dünya lideridir. “Microsoft” korporasiyası geniş çeşidli proqram məhsulları hazırlayır və istehsal edir. Onların arasında stolüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün stolüstü biznes-tətbiqlər və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, internet şəbəkəsində işləmək üçün vasitələr və hazırlama alətləri. “Microsoft” korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur.
2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən “Microsoft Azerbaijan” şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni məhsulların tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM