Aprelin 21-də Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən cəbhəboyu rayonlarda 32 min kv.m-dən çox ərazi yoxlanılıb. Bu barədə ANAMA-dan daxil olan hesabatda deyilir.
Aprelin 21-də Agentlik tərəfindən Tərtər, Goranboy, Füzuli və Ağdam rayonlarında aşkar olunan partlamamış hərbi sursatlar (PHS) haqqında hesabat aşağıdakı kimidir:
Tərtər rayonu
Qaradağlı kəndi - 3 ev və həyətyanı sahədə 8 partlayış yerinə baxış keçirilib, 8 partlamış sursat aşkar edilib və 14 600 kv.m. ərazi yoxlanılıb.
Qapanlı kəndi - 2 ev və həyətyanı sahədə 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi və 3 partlamış sursat aşkar edilib, 10 000 kv.m. ərazi yoxlanılıb.
Cəmi: 5 ev və həyətyanı sahə, 12 partlayış yeri, 1 ədəd 122 mm-lik partlamamış top mərmisi aşkar edilib və 24 600 kv.m ərazi yoxlanılıb.
Goranboy rayonu
Tapqaraqoyunlu kəndi - 5 ev və həyətyanı sahədə 12 partlayış yerinə baxış keçirilib, 1 ədəd 82 mm-lik partlamamış minaatan mərmisi və 11 partlamış sursat aşkar edilib və nəticə etibarilə 1 100 kv.m ərazi yoxlanılıb.
Füzuli rayonu
Horadiz şəhəri - şəhər və ətrafında 13 partlayış yerinə baxış keçirilib, 13 partlamış sursat aşkar edilib və 2 550 kv.m ərazi yoxlanılıb.
Ağdam rayonu
Ballar kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 2 000 kv.m ərazi yoxlanılıb.
Yusifcanlı kəndi - 1 əkin sahəsində 1 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamış sursat aşkar edilib və 2 000 kv.m ərazi yoxlanılıb.
Cəmi: 2 əkin sahəsi, 2 partlayış yeri və 4 000 kv.m ərazi yoxlanılıb.
Aprelin 21-də ANAMA tərəfindən 10 ev, 2 ədəd partlamamış hərbi sursat (1 ədəd 122 mm-lik top mərmisi və 1 ədəd 82 mm-lik minaatan mərmisi) aşkar edilib, 39 partlayış yeri, 2 əkin sahəsi və 32 250 kv.m ərazi yoxlanılıb.
Ümumilikdə, Agentlik tərəfindən 07-21 aprel 2016-cı il tarixlərində Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Tovuz və Goranboy rayonlarında 310 ev və həyətyanı sahəyə, 5 ferma və əkin sahələrinə, 2 hərbi hissəyə, 1 kənd qəbirstanlığa, 1 kənd orta məktəbinə və 8 otlaq sahəsinə baxış keçirilib, 139 ədəd partlamamış hərbi sursat aşkar olunaraq zərərsizləşdirilib.
Hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil cevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.