Nazir: "Əsgərdən tutmuş generaladək ..." FOTOLAR

16:24 / 23.04.2016

Aprelin 23-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazir müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Nazirlikdən Strategiya.az-a verilən məlumata görə, əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra aprel ayının əvvəllərində Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində baş verən döyüş əməliyyatlarının nəticələri təhlil edilərək konkret tapşırıqlar qoyulub və tövsiyələr verilib. Toplantıda çıxış edən Müdafiə naziri bildirib: "Silahlı Qüvvələrimizin həyata keçirdiyi əks-həmlə zərbələri zamanı bölmələrimizin fəaliyyəti ölkə rəhbəri, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirildi. Dövlətimizin və xalqımızın diqqət və qayğısı sayəsində ordumuz bu uğura nail oldu. Ermənistan 20 ildən artıqdır ki, torpaqlarımızı işğal edib və ölkəmizə qarşı yeni ərazi iddiaları ilə çıxış etməkdən əl çəkmir. Bu ölkənin cinayətkar rejimi bütün beynəlxalq norma və prinsiplərə məhəl qoymur, hər bir imkandan istifadə edərək xalqımıza qarşı təxribatlar törətməyə çalışır. Bu istiqamətdə ermənipərəst qüvvələr də ölkəmizə qarşı təzyiqlərdən çəkinmirlər. Ermənilərin dinc əhaliyə və təmas xəttindəki yaşayış məntəqlərimizə qarşı törətdiyi son əməllərinə Ordumuz tutarlı cavab verdi. Vacib əhəmiyyətə malik yüksəklikləri azad edərək nəzarətə götürməklə cəbhəboyu zonada yerləşən yaşayış məntəqələrimizin təhlükəsizliyini tam təmin etmiş olduq. Bununla belə düşmən təxribatlarına qarşı cavab tədbirləri görməyə hər an hazır olmalıyıq. Şəhid ailələrinə və yaralılara hərtərəfli diqqət və qayğı göstərilməli, onların problemləri digər icra strukturları ilə qarşılıqlı əlaqədə həll edilməlidir. Biz bu döyüşlərdə Silahlı Qüvvələrimizin döyüş təcrübəsini təkmilləşdirərək şəxsi heyətin qələbə əzmini daha da yüksəltdik. Xalqımızın Orduya inamı artdı və vətənpərvərlik ruhunun yüksəlməsinə təkan verildi".

Ümummilli liderimiz Heydər Əliyevin məşhur kəlamını xatırladan Müdafiə naziri Silahlı Qüvvələrimizin nəyin bahasına olursa-olsun ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə hazır olmasını şəxsi heyətin diqqətinə çatdırdı.

"Bunu bizdən dövlətimiz gözləyir və xalqımız tələb edir. Bunun üçün bütün imkanlarımz var. İqtisadi, maddi, hərbi, demoqrafik və digər sahələrdə ehtiyatlarımız düşməndən qat-qat üstündür. Əsgərdən tutmuş generaladək hər birimiz torpaqlarımızın azad edilməsi yolunda üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirərək döyüşlərə hazır olmalıyıq", - deyə Müdafiə naziri qeyd edib.

Müdafiə nazirinin çıxışından sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı xidməti vəzifələrini layiqincə yerinə yetirən bir qrup hərbi qulluqçununn təltif olunması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları və Müdafiə nazirinin əmrləri şəxsi heyətə çadırıldı, təltif olunan hərbi qulluqçulara mükafatlar təqdim edildi.

Müşavirənin sonunda Müdafiə naziri qoşunların döyüşə hazırlıq səviyyəsinin və idarəetmə orqanlarının fəaliyyətinin hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıqlar verdi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM