FHN-nin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, "KAMAZ" markalı yük avtomobili idarəetməni itirərək yolun kənarındakı dərəyə düşüb. Qəza zamanı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.
Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 11:26-da başa çatıb.