VERGİLƏR NAZİRLİYİNİN DİQQƏTİNƏ! - Kasıb toyundan imtina edən sənətçilər: BİABIRÇILIQ — GİZLİ SÖHBƏT

20:03 / 25.04.2016

Adətən sənət adamları toy qiymətlərini açıqlayanda əksəriyyət belə düşünür ki, onlar öz qonorarlarının məbləğini şişirdirlər. Bəzi sənətçilər isə ümumiyyətlə mətbuata bu haqda danışmırlar. Bu adətən Vergilər Nazirliyinin sənət adamlarını vergi ödəməyə cəlb etmək istədiyi ərəfədə baş verir.

Məsələn, bir ay əvvəl "ayda otuz toyum olur" deyib öyünən müğənni, vergi ödəməyin dərdindən "ayda 3-4 toy olur, onun da yarısını havayı oxuyuruq" söyləyir. Hər halda bu faktdır ki, ölkədəki son qiymət artımı sənət adamlarına da təsirsiz ötüşməyib.

Mövzunun yetərincə maraqlı olduğunu nəzərə alıb, bir neçə sənət adamı ilə müştəri qismində danışdıq. Şərti olaraq adım Kamran, özüm isə Qəbələdənəm. 

İlk olaraq xalq artisti Səməd Səmədovun işçisiylə əlaqə saxlayırıq:

- Salam qardaş, mayın 27-də Qəbələdə toyumuz var, istərdik ki, Səməd müəllim də iştirak eləsin.

- Restorandır?

- Yox, həyətdə, mağarda.

- Sizin toyunuzdur?

- Qardaşımın.

- Lap yaxşı, Allah xoşbəxt eləsin. Son qiymət 8 min olacaq. May ayı olduğunu nəzərə alırıq. Adətən rayona 10 minə gedirik. Səməd müəllim, bir qız oxuyan, bir də "Xalq ulduzu" Habil gələcək.

- Səməd müəllim tək gələ bilər?

- Tək gəlmir.

- Axı imkanımız çatmır o qiymətə..

- Başa düşürəm, tək gəlmir, qurban sənə.

- Səkkiz mindən aşağı yeri yoxdur?

- Ona gedirik, sizin məclisə səkkiz minə gələrik.

- Bəs o iki oxuyansız gəlsə?

- Siz nə qədər nəzərdə tutmusuz?

- Dörd min manat.

- O qiymətə alınmır.

"Xalq ulduzu" Eldəniz Məmmədov

- Eldəniz müəllim salam, mayın 27-də xeyir işimiz var idi.

- Haradadır?

- Qəbələdə, həyət toyudur, günortadan gecəyə qədər olacaq məclis.

- Ansamblla gələcəm, yoxsa tək?

- Qiyməti bilmirik. Deyin bəlkə ansamblla da olar. Doğrusu, maddi vəziyyətimiz yaxşı deyil.

- (kinayə ilə) Maddi tərəfiniz yaxşı deyilsə, oralardan bir yaxşı oxuyan görün oxusun dana. Mən özüm 7 mindən aşağı gələ bilmərəm. Bu iki toydur. Səhərdən axşama kimidir deyə iki toy sayılır.

- Bəs tək gəlsəniz?

- Aşağısı 3 minə

- 1500-ə yeri yoxdur.

- (qəti şəkildə) Yox, yox.

"Azəristar"ın qalibi Vaqif Şıxəliyev

- Salam Vaqif müəllim, sizi Qəbələdən narahat edirik. Mayın 27-də xeyir işimiz var. Həmin gün boşsunuz?

- Musiqiçi oradan olacaq?

- Münasib qiymət desəniz öz ansamblınızla gələrsiniz.

- Oranın musiqiçilərinə bir söz demirəm e. Onlar mənim repertuarımı bilə bilməzlər. Rayon çalğısıyla şəhər çalğısının da fərqi var. Ona görə mən əziyyət çəkərəm.

- Ansamblla neçəyə gələrsiniz?

- 11 nəfərlik ansamblım var, qız oxuyan da gətirirəm, hər bir janrı da oxuyuruq.

- Elə bu üstünlüklərinizə görə evdə məsləhət oldu ki, sizi dəvət edək.

- Muğamdam aşıq mahnısına qədər oxuyuram. Beş minə rayona gedirəm ansamblla. Rayon xərci üçqat olur. Sizə bir şey də hədiyyə edə bilərəm.

- Nə?

- İstəsəniz toyunuzu ATV-də efirə də çəkdirə bilərəm.

- Hansı verilişə?

- Orda toy verilişi var, bir oğlan aparır. Toydan əvvəl gəlir necə mağar qurulur.

- Deyəsən oğlanın adı Fəriddir.

- Ay sağ ol. Onlar mənə deyirlər ki, Vaqif, rayona toyun düşəndə denən, gələk bir gün əvvəldən çəkək. İstəsəniz onları da gətirə bilərəm.

- Yalan deməyin adı yoxdur. Bizim 3 mindən yuxarı gücümüz çatmır.

- Üç min sərf eləməz. Onun iki mini musiqiçilərindir.

- Onda ailədə bir də məsləhətləşək.

- Söhbət aparaturadan gedir. Mən gətirdiyim aparatın 30 min avro qiyməti var. Amma bunlar gedib 3-4 minlik "kitayski" aparatlar alırlar. Nə səslənmə düzgün olur, aləm bir-birinə qarışır. Aparat yaxşı olsa, rayon musiqiçiləri ilə oxumaq olar. Dünyada da elədir. Müğənnidən əvvəl aparatları, musiqiçiləri gəlir. Sözümü düzgün başa düşün, mən peşəkar danışıram. Bilsəm ki, normal musiqiçilər və aparat var, gələrəm. Qəbələnin də, Şəkinin də, Zaqatalanın da gözəl musiqiçiləri var. Bəzən də gedib elə yerə düşürsən ki, başlayırsan çabalamağa ki, vaxt gəlib keçsin.

- Oldu, ailədə məsləhətləşək, sizə bir cavab deyərik.

- Min manat da düşərəm, 4 minə ansamblımla gələrəm, böyük bir avtobus tutub gələrik, yüksək səviyyədə idarə edərik. İnanın, sizə Bakıdakı qiymətimi dedim. İstəsəniz, Bakıdan bir qız oxuyanı da gətirərəm. Orada normal musiqiçilər varsa, gələ bilərəm. Toy həyatda bir dəfə olur da, qoy keyfiyyətli bir şey olsun.

"Yeni ulduz"un laureatı Sevinc Musayeva

- Salam Sevinc xanım, sizi Qəbələdən narahat edirik.

- Salam, buyurun.

- Mayın 27-də Qəbələdə toyumuz var. Kamran idi sizinlə danışan.

- Qəbələ rayonu?

- Bəli.

- Sizə kim verib nömrəni?

- Musiqiçi yoldaşlardan xahiş elədik.

- Orda dövlət tədbiridir?

- Toydur.

- Aaa bildim. Biz adətən mayın 28-də dövlət tədbirlərinə gedirik.

- Bizim toy 27-də olacaq. Günortadan axşama qədər toy olur.

- Ansamblla, yoxsa tək?

- Əvvəldən axıra ansamblsız, yalnız özünüz.

- Rayonlara öz ansamblımla gedirəm. Çünki naşı adamlar olur. Xüsusən də bütün toyu tək oxusam, əziyyət çəkərəm. Öz ansamblımla daha rahat olur.

- Qiymətdə fərq böyük olur?

- Bəli, olur. Amma musiqiçilərin adını bilsəm, tək də gələrəm. Çox vaxt naşı musiqiçilər olur, çox əziyyət çəkirəm.

- Ansamlla neçəyə gələrsiniz?

- Siz deyin görüm musiqiçiləriniz kimlərdir.

- Rayon musiqiçiləridir, dayımgil danışıblar. Mənə də dedilər ki, sizinlə danışım. Qardaşımın toyudur.

- Musiqiçilərlə 5 min manat olacaq.

- Aşağı alınmaz?

- Biz Bakıda musiqiçilərlə 3 minə gedirik. Uzağı 500 zad düşərəm.

- Bakıda getdiyiniz qiymətə olmaz?

- Sonra deyəcəklər ki, bizə az pul verirsən, bəlkə də özün çox pul alırsan. İnsandılar da. Avtobus tuturuq, xərclərimiz çıxır. Bakıda hamısı öz maşınına minib, alətin götürüb gəlir restorana. Amma aparatları daşımaq üçün maşın tuturuq, xərcimiz artıq çıxır, yolda çörək yeyirik. Bakıdan kənara çıxan kimi hamı qiymətini artırır. Musiqiçilər də belədir.

- Bayaq bir nəfər sənətçiyə də dedim ki, sizin də oxumağınızı istəyirik. Amma pis cavab verdi.

- Başa düşürəm e, o qədər olur ki, insanı istəyirlər. Mən özüm qazanıram deyə çətindir. Elə sənətçilər var ki, qazanmasalar da, pul gətirənləri var. Həmişə deyirlər ki, Sevinc, sən niyə aşağı gedirsən? Deyirəm, insanları başa düşmək lazımdır. Onsuz da bu dollar da hamımızı gic günə qoydu. Hamıya təsir elədi. Təki həmişə toy olsun, pis günlər görməyək. Mənə musiqiçilərin kimliyini desəniz, baxaram.

- Tək gəlsəniz neçəyə olar?

- 2500-ə bütün toyu oxuyaram. İnanın mənə əziyyət çəkirəm. Bir var yarım saat, bir də var bütün toy. Rayonlarda naşı musiqiçilər də çox olur. Bu sənətdə başım ağarıb da. Çalışıram ki, gedəndə toyu yüksək səviyyədə aparmaq üçün ansamblımla gedim. Şadlıq evidir də yəqin ki.

- Yox, həyət toyudur, amma şəraitimiz yaxşıdır.

- Bildim də çadır toyudur.

- "Temboli" elə yerlərə öz musiqiçilərimlə gedirəm. Onlar güclüdür, efirlərdə çıxış edən, ən məşhur müğənnilərlə işləyən, notla çalan insanlardır. Özümlə əlavə iki oxuyan da götürürəm. Bir də görürsən gəlib şəkil çəkdirirlər, söz soruşurlar. Boşluq olmasın deyə, iki güclü oxuyan götürürəm. Oğlanların biri də "Xalq ulduzu"nun uşaqlarından olur. Muğam istəyəndə, naşı mahnılar sifariş edəndə onlar oxuyur. Mən "Cancana" zad oxumuram. Bir də görürsən çadır toylarında tərif deyirlər.

- Siz bəy tərifi demirsiz?

- Əslində bilirəm, amma özüm eləmirəm. Bir iki dəfə çadır toylarında belə bir şey elədik. Açığını deyim ki, saytlarda, "Youtube"da yerləşdirdilər ki, tanınmış müğənnilər yolçuluq edirlər.

- Bu el adətidir də...

- İnsanları bilmirsiniz? Mən də efirə çıxan insanam, xoş gəlmədi bu şey. Ona gör bəy, gəlin tərifi eləmirəm. Bakı kənd toylarında edirik, amma indi mod deyil.

- Biz tərəflərdə indi də dəbdir.

- Ansamblla gedəndə onsuz da tək getmirəm. Bir də görürsən şəkil çəkdirirlər, vizitka götürürlər, boşluq olmasın deyə yanımdakı müğənnilər oxuyur.

- Axşam 7-dən sonra sizinlə əlaqə saxlayacam.

- Görsəniz götürmürəm. Bir də zəng vurun.

- Oldu, bağışlayın narahat elədik.

- Adınız nə oldu, deyin qeyd edim.

- Qəbələdən Kamran.

Müğənni Xuraman Şuşalı

- Xuraman xanım, sizi Qəbələdən narahat edirik. Mayın 27-də bir xınayaxdı məclisimiz var. Amma 1500 manatdan da artığına imkanımız çatmır.

- O qiymətə mümkün deyil. Amma tək özüm o qiymətə gələ bilərəm. İki min eləsəniz, gələ bilərəm.

- Tək?

- Bəli.

- İki minə ansamblla gələ bilərsiniz?

- İki minə özümlə... Qəbələnin hansı kəndi idi?

- Kəndi deyil, rayonun özündə olacaq. Kəndi deyil, mərkəzdədir.

- Dekor, kəcavəsi 4 minə musiqiçilərlə gətirərdim.

- Bəs tək?

- İki minə.

- 1500-ə alınmaz?

- Alınmaz.

- Çox sağ olun.

Bir neçə dəqiqə sonra özü yığır

- Bir sintezator da gətirə bilərəm. Əgər imkanınız yoxdursa, ansamblı yığmağın adı yoxdur. Milli geyimdə sintezator çalan gətirərəm ki, ansamblı əvəz edər. Bu da məndən sizə.

Əməkdar artist Yaqub Zurufçu ilə əlaqə saxlayırıq.

- Yaqub müəllim, sizi Qəbələdən narahat edirik, mayın 27-də məclisimiz var, istərdik ki, iştirak edəsiniz. İştirakınız mümkündürmü?

- Kimdir danışan?

- Adım Kamrandır, Qəbələdənəm.

- Kamran, mən sizi tanımıram axı.

- Mən sizin nömrəni çox böyük əziyyətlə tapmışam.

- Mən orda niyə çıxış edim, səbəb nədir?

- Sənətçi kimi.

- Orda pul məclisi olacaq, yoxsa havayı gəlməliyəm?

- Pul məclisidir.

- Yaxşı, menecerim sizinlə əlaqə saxlayar.

Bir neçə dəqiqə sonra Y.Zurufçunun meneceri zəng vurur və maraqlıdır ki, ilk olaraq özü sual-cavaba başlayır. Sən demə, əbəs deyilmiş.

- Qəbələnin harasındansınız?

- Özündən.

- Hansı şadlıq sarayı?

- Həyətdə olacaq.

- Həyətdə? Orda nə var?

- "Yeddi gözəl" mehmanxanası tərəfdəyik.

- Tanıyıram. O ərazinin adı nədir?

- Rayon mərkəzi

- Küçənin adı nədir?

- Mərkəzdir də.

- Tutaq ki, mən sizə məktub göndərmək istəyirəm, küçənizin adı yoxdur?

- Məktubu rayon mərkəzi poçtuna mənim adıma göndərirsiz, mən də gedib şəxsiyyət vəsiqəmi təqdim edib alıram.

- Yalnız belə?

- Bəli. Mən qəbələliyəm, oraları əzbər bilirəm. Bunlar əhəmiyyətli deyil.

- Yaqub bəy bir saata öz orkestri ilə 5 min, sizin orkestrlə 3 minə oxuyacaq.

- Aşağı yeri yoxdur?

- Yoxdur. O toylara az-az gedir. Çünki Azərbaycanda az olur və gedəndə də bu qiymətə gedir.

Tanınmış müğənni Vasif Məhərrəmli

- Vasif müəllim, salam, Bərdədən zəng vururuq, adım Talehdir. Mayın 27-də toyumuz var. Sizi dəvət etmək istəyirik.

- Ansamblınız var orda?

- Düzünü desək, əlimiz aşağıdır. Siz neçəyə gəlirsiniz, ansamblla və tək?

- Ansamblla 15, 14, 13, 12 minə.

- Bəs tək?

- Tək getdiyim çox olmur. Elə 5-6 min olur da.

- Ansamblla 7-8 minə olmaz? Rayon yeridir, əlimiz aşağıdır.

- İnanın ki, burda 10 minə gedirəm. On minə ora gələrəm.

- Oldu çox sağ olun.

- Tək 3 minə gələ bilərsiz bir saata? Bərdədə Dəymədağıldı kəndidir.

- Çoxdandır palatka toyu oxumuram. Palatka toyuna inanmıram ki, alına.

- Şadlıq evində etmirsiniz?

- Yox, Dəymədağıldı kəndində mağar toyudur, hər şəraitimiz var.

- Bir saata 3 yox, dörd minə gələrəm. Bir saat konsert kimi oxuyub çıxaram.

Müğənni Bahar Lətifqızının prodüseri Vəfa xanımla olan söhbətimiz

- Salam, mayın 27-də məclisimiz var Qəbələdə.

- Allah xoşbəxt eləsin.

- Sağ olun.

- Bir saatlıq qiyməti öyrənmək istəyirdik.

- Altı saat 2500 manat. Amma bir saat sizə sərf etməyəcək-1500 manat. Çünki bütün günümüz gedir.

- 800 manata alınar bir saatı?

- Bahar xanım maşınıyla gəlir, elə 120 manat benzinə gedir.

- Tək gələcək, yoxsa ansamblla?

- Tək qiymətini deyirəm. Ansamblla bütün toyu 5 minə oxuyur..

P.S. Əgər yazdıqlarımıza hansısa sənətçinin etirazı varsa, söhbətimizin səs yazısını təqdim etməyə hazırıq.//Ölkə.az

Strategiya.az-ın qeydi: Görəsən, bu qiymətlər müğənnilərin vergi bəyannaməsində də öz əksini tapırmı?!


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM