Komissiyadan verilən məlumata görə, qeyd olunan şəhərlər üzrə ümumilikdə 20 mərkəzdə təşkil olunacaq.
İmtahanda abituriyentlərə "Azərbaycan dili" fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.
İmtahanın nəticəsi "məqbul" və ya "qeyri-məqbul"la qiymətləndirilir, "məqbul" alanlar qəbul imtahanlarına buraxılırlar. Abituriyentin "məqbul" alması üçün onun topladığı bal 15-dən az olmamalıdır.
Məlumat üçün bildirək ki, imtahanda iştirak etmək üçün 8109 abituriyent qeydiyyatdan keçib. Bakıda 5355 , Naxçıvanda 26 , Gəncədə 855, Sumqayıtda 527, Şəkidə 347, Ağcabədidə 107, Göyçayda 208, Şirvanda 156, Lənkəranda 133, Xaçmazda 395 nəfər abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanın idarə olunması üçün 56 imtahan rəhbəri, 667 nəzarətçi müəllim ayrılıb.
Qeyd edək ki, mayın 1-də keçirilən imtahanda "qeyri-məqbul" qiyməti alan, həmçinin müxtəlif səbəblər üzündən imtahanda iştirak etməyən abituriyentlər iyulun 12-də keçiriləcək növbəti "Azərbaycan dili" imtahanında iştirak edə bilərlər.
Strategiya.az