Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb

11:53 / 26.04.2016

Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

Görüşdə nazir müavini Xələf Xələfov Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd etdi.

Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün əlverişli mühitin yaradılıdığını diqqətə çatdıran Xələf Xələfov Braziliya istehsalı olan Embraer tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini qeyd etdi və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğuladı.

İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan Xələf Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırdı.

Nazir müavini daha sonra regiondakı vəziyyətə toxunaraq, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini, bir sıra iri beynəlxalq iqtisadi, energetika, nəqliyyat, kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu və Azərbaycanda həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azalmasına və onun şaxələndirilməsinə yönəldiyini bildirdi.

Ermənistan-Azərbaycan münaqişəsi, aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik haqqında həmkarına məlumat verən nazir müavini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllində ən başlıca problem olduğunu dilə gətirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Braziliyanın TŞ-nın qeyri-daimi üzvü olduğu, 874 saylı qətnamənin isə məhz Braziliyanın TŞ-ya sədrliyi dövründə qəbul edildiyini xatırlatdı.

O əlavə etdi ki, BMT TŞ-nın 822, 853, 874 və 884 saylı qətnalərində Ermənistan tərəfinin əməllərinə birməmalı beynəlxalq hüquqi qiymət verilir. Belə ki, TŞ Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğalını pisləyir, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. X.Xələfov digər beynəlxalq təşkilatların da analoji mövqe nümayiş etdirdiklərini bildirdi. 

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfərindən məmnunluğunu ifadə edən Fernando Simas Maqalhaes Braziliya xarici işlər nazirinin Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Səfər çərçivəsində mədəniyyət, turizm, təhsil və digər sahələrdə sazişlər, həmçinin iki ölkənin Diplomatik Akademiyaları arasında anlaşma memorandumlarının imzalanacağını diqqətə çatdırdı.

Fernando Simas Maqalhaes Azərbaycan və Braziliya Xarici İşlər Nazirlikləri arasında indiyədək üç siyasi məsləhətləşmələrin keçirildiyini qeyd edərək, hazırkı səfərinin növbəti məsləhətləşmələr üçün başlanğıc ola biləcəyini vurğuladı.

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlı olduğunu bildirən nazir müavini münaqişənin BMT TŞ-nın qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizama salınmasına ümidvar olduğunu dilə gətirdi.

Fernando Simas Maqalhaes daha sonra avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi haqqında məlumat verdi. 

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM