Mehriban Əliyeva: Gələcəyimizə çox nikbinliklə yanaşırıq

16:30 / 27.04.2016

“Biz 25 illik müstəqillik dövrü keçmişik”.

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forum çərçivəsində keçirilən “Sosial inteqrasiya sahəsində qabaqcıl metodlar” mövzusunda ikinci plenar iclasın açılışında Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva çıxış edib.

Strategiya.az xəbər verir ki, APA-nın məlumatına görə, M.Əliyeva forumun dialoqa, qarşılıqlı anlaşmanı gücləndirəcəyinə töhfə verəcəyinə inandığını bildirib. 

O deyib ki, bəzi hallarda insanların cəmiyyətlərdən təcrid olunması müşahidə edilir: 

“İnsanların adaptasiyası müxtəlif cəmiyyətlərdə fərqli yollar tələb edir. Bu gün mən sizinlə ölkəmizin təcrübəsini bölüşmək istəyirəm.

Biz 25 illik müstəqillik dövrü keçmişik. İqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasını təmin etmişik. Elm və mədəniyyət sahəsində islahatlar aparılıb. 

Bu irəliləyiş tariximizin bu dövründə xalqımızın üzləşdiyi böyük çətinliklərə baxmayaraq, əldə edilib. SSRİ-nin süqutundan sonra ölkə böyük iqtisadi-sosial çətinliklərlə üzləşdi, torpaqlarımızın bir hissəsi işğal olundu.

Ermənistanın işğalı nəticəsində 900 məntəqə, 693 məktəb, 975 bağça, 695 xəstəxana dağıdılıb, 40 mindən artıq unikal muzey materiallarını itirmişik. Azərbaycana vurulan zərbəni təsəvvür etmək çətindir. Həmin çətin anlarda bizimlə birlikdə olmuş BMT qurumlarına təşəkkür edirəm”.

M.Əliyeva BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bağlı 4 qətnamə qəbul etdiyini xatırladıb: 

“Həmin dövrdə 7 milyon əhalisi olan və resursları olmayan ölkə 1 milyon qaçqın və məcburi köçkün problemini həll etməli idi. Biz ən vacib zənginliyimizi qoruyub saxladıq, bu da insan kapitalı idi.

Hətta qaçqın düşərgələrində musiqi məktəbləri fəaliyyətini davam etdirirdi. Rastropoviç 1990-cı illərdə Azərbaycana səfər edir, qaçqın və məcburi köçkün uşaqlar üçün ustad dərsləri təşkil edirdi. Məktəblərdə dərs gedir, xəstəxanalar fəaliyyət göstərirdi. 

Bu, ən yaxşı sosial adaptasiya üsulları idi. Biz bütün çadır düşərgələrini ləğv etdik, qaçqın və məcburi köçkünlər üçün müasir qəsəbələr yaratdıq. Gənc nəsil müasir təhsilə də çıxış əldə edib. Amma bu, müvəqqəti müalicədir, çünki insan qaçqındırsa, heç bir şərait doğma yeri əvəz edə bilməz.

Bu problemin həllini tapması, işğal olunmuş torpaqların azad edilməsi, insanların evlərinə qayıtması lazımdır. Qaçqın və məcburi köçkünlər nəinki fiziki itkilərə məruz qalırlar, qəlbləri mənəvi zərbələrə də məruz qalır. Dünyada yeni münaqişələrin yaranmamasına çalışmalıyıq. Mərhəmət insan əzab-əziyyətinin aradan qaldırılmasında real vasitə olmalıdır”.

M.Əliyeva Heylər Əliyev Fondunun layihələrindən də danışıb: 

“Biz 2005-ci ildə məktəblərin əsaslı təmirinə başladıq və QHT, dövlət və şirkətlər arasında yaxşı əməkdaşlıq modeli yaratdıq. Nəticədə bu gün mövcud olan 5 min məktəbdən 3 mini əsaslı təmir olundu. 

Digər tərəfdən, Heydər Əliyev Fondu bütün vətəndaşlar üçün bərabərlik imkanları gətirməyə çalışdı. Valideyn himayəsindən məhrum qalmış uşaqlar üçün binalar tikilib və onların sosial inteqrasiyasını təmin etmişik.

Hazırda Azərbaycanda 570 min əlil var, onların 67 mini uşaqdır. Bu insanlar cəmiyyətə inteqrasiyada problemlə üzləşirlər. İnklüziv təhsil əlil uşaqların cəmiyyətə inteqrasiyasında çox mühümdür. 

Hazırda 366 əlil uşaq inklüziv təhsil alır. Kor uşaqların informasiya texnologiyalarına çıxışı çərçivəsində müasir İKT mərkəzi yaratmışıq. Oxşar layihəni Bosniya və Herseqovina paytaxtında da həyata keçirmişik. Heydər Əliyev Fondu Macarıstanda katolik kilsəsi üçün bina tikib.

Həmçinin Romada qədim katakombaların təmirində iştirak etmişik. Heydər Əliyev Fondu Fransada da müqəddəs yerlərin bərpasında iştirak edir. Luvr muzeyində İslam Mədəniyyəti Mərkəzinin açılmasında iştirak etmişik”.

M.Əliyeva tolerantlıq və multikulturalizmin Azərbaycanda həyat tərzi olduğunu vurğulayıb: 

“Azərbaycanda müxtəlif dini icmalar tolerant şəkildə yaşayırlar. Ən mühüm nailiyyətlərdən biri Azərbaycan cəmiyyətində yüksək sosial tolerantlığın olmasıdır. Uğurlarımıza və nailiyyətlərimizə baxdıqda, gələcəyimizə çox nikbinliklə yanaşırıq. Tanınmış alim Albert Şteyn deyib ki, hər hansı fərdin həyatı o zaman məna daşıyır ki, başqa bir canlının həyatını mənalı etsin”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM