Suraxanı rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini Yuri Raskov oğlu ilə qeyri-rəsmi nikahda olduğu 1982-ci il təvəllüdlü İnna Berezuyevanı çoxsaylı bıçaq zərbəsi ilə qətlə yetirib.
Hadisəni törədən Y. Raskov saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Strategiya.az