Strategiya.az bildirir ki, bu barədə Trend-ə Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov məlumat verib.
İcra başçısı bildirib ki, erməni silahlı birləşmələri Tərtər şəhəri də daxil olmaqla 11 kəndi atəşə tutub: "Nəticədə Tərtər şəhərində 11 evə ciddi ziyan dəyib. Bundan başqa, rayonun Qapanlı kəndində 2 ev, Yuxarı Qapanlıda 7, Hacı Qərvənddə 15, Qarağacı kəndində 11, Bala Səngərlidə 1, Buruc kəndində 3, Yuxarı Qaradağlıda 1 evə ciddi ziyan dəyib. Hazırda rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində dağılmış evlərin sayı dəqiqləşdirilir".
M.Məmmədov bildirib ki, hadisə nəticəsində rayon sakinləri arasında ölən və yaralanan olmayıb.