Musiqili Teatrda Əməkdar artist Xanlar Muradovun xatirəsi anılacaq

14:12 / 28.04.2016

 

30 aprel 2016-cı il tarixdə Azərbaycan Respublikasının Əməkdar artisti, özünəməxsus ifa tərzi və koloritli yumor hissi ilə tamaşaçıların yaddaşında iz qoyan Azərbaycan Dövlət Musiqili Teatrının aktyoru Xanlar Muradovun 70 yaşı tamam olur. Qurumun Mətbuat katibi Samir Sədaqətoğlu Strategiya.az-a bildirib ki, Dövlət Musiqili Teatrında doğum günündə - 30 aprel tarixində mərhum aktyorun xatirəsi anılacaq. “Xanlar Muradov Azərbaycan teatrında öz yeri, öz çəkisi olan aktyorlardan biri olub. Onun özünəməxsus ifasını Musiqili Teatrın sadiq tamaşaçıları indinin özündə də çox yaxşı xatırlayırlar. Xanlar Muradov 1975-ci ildən dünyasının dəyişdiyi 2005-ci ilə qədər - düz 30 il Azərbaycan Dövlət Musiqili Teatrında fəaliyyət göstərib, bir-birindən maraqlı obrazlar canlandırıb. Teatr sahəsindəki xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist adına layiq görülüb. 30 aprel saat 19.00-da O. Kazimi və R. Heydərin “Qızıl toy” iki hissəli musiqili komediyasının növbəti nümayişi Xanlar Muradovun 70 illiyinə həsr olunacaq. Vaxtı ilə o, özü də bu tamaşada Rəhim kişi obrazında çıxış edib”, - deyə Dövlət Musiqili Teatrının Truppa müdiri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Vidadi Həsənov bildirib.

Xanlar Yunis oğlu Muradov 1946-cı il aprel ayının 30-da Sumqayıt şəhərində doğulub. 1970-1975-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında, 1975-2005-ci illərdə isə Azərbaycan Dövlət Musiqili Teatrında ( o vaxtkı Musiqili Komediya Teatrı) aktyor işləyib. Sumqayıt teatrında Şeyda (“Toy”, Sabit Rəhman), Qurban (“Müsibəti-Fəxrəddin”, Nəcəf bəy Vəzirov), Axund (“Solğun çiçəklər”, Cəfər Cabbarlı), Sırodovey (“Tribunal”, Aleksandr Makoyonok), Yaqub (“Həmyerlilər”, Altay Məmmədov), Silvester (“Skapenin kələkləri”, Jan Batist Molyer), Bədurətdin (“Bu meydan, bu şeytan”, Firudin Aşurov), Qələndərov (“Gülməyən adam”, Əfqan Əsgərov), Şair (“Paralelimin nəbzi”, Ramiz Heydər), Azərbaycan Dövlət Musiqili Teatrında isə Hilal (“Durna”, Süleyman Rüstəm, Səid Rüstəmov), Molla Musa (“Boşanaq, evlənərik”, Əliağa Kürçaylı, Vasif Adıgözəlov), Bəbirli (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Qulam (“Həyətim mənim, həyatım mənim”, Cahagir Məmmədov, Əşrəf Abbasov), Bilal (“Qız görüşə tələsir”, Adil Babayev, Tofiq Bakıxanov, Nəriman Məmmədov), Rəhim kişi (“Qızıl toy”, Ramiz Heydər, Oqtay Kazimi), Vəli (“Məzəli əhvalat”, Ruhəngiz Qasımova), Xudayar bəy (“Danabaş kəndinin əhvalatları”, Cəlil Məmmədquluzadənin eyni adlı əsəri əsasında Cənnət Səlimovanın liberettosu, bəstəkar Oqtay Kazimi), Mustafa (“Nəğməli könül”, Xalidə Hasilova, Emin Sabitoğlu), Cəbrayıl-Arıq (“Lənət şeytana”, Firudin Aşurov, Vasif Adıgözəlov), Qoçu Əsgər (“O olmasın, bu olsun”, Üzeyir Hacıbəyli), Əlimərdan (“Gözün aydın”, Məhərrəm Əlizadə, Fikrət Əmirov), Məhəmməd (“Lotoreya”, Vaqif

Səmədoğlu, Aydın Əzimov), Murtuzov (“Özümüz bilərik”, Şıxəli Qurbanov, Süleyman Ələsgərov), Milyonçu (“Səhnədə məhəbbət”, Əli Əmirli, Sərdar Fərəcov) rollarını ifa edib.

Xanlar Muradov 2005-ci il fevral ayının 5-də Bakıda vəfat edib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM