Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi, Nərimanov Rayon Polis İdarəsi, Qazax Rayon Polis Şöbəsi və Ağstafa Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 21-də Səbail rayonu ərazisindəki “Bulaq” restoranında baş vermiş münaqişə zamanı “Makarov” markalı tapançadan atəş açaraq Fuad Əkbərova və Süleyman Abdullayevə xəsarət yetirmiş paytaxt sakini, əvvəllər məhkum olunmuş Samir Allahyarov Qazax rayonu ərazisində tutulub. Onun hadisəni törədərkən istifadə etdiyi silahı gizlətmək üçün həmyerlisi Cavidan Şeydayevə verməsi müəyyən edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq C.Şeydayev tutulub, onun kirayədə yaşadığı mənzilə baxış zamanı “Makarov” markalı tapança, 1 ədəd patron darağı və 2,510 qram heroin aşkar edilərək götürülüb.