Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Strategiya.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin yük hissəsinin sağ və sol iç üzlüklərinin arxasındakı boşluqlardan, ehtiyat təkərin altından və salonun ön oturacağının arxa üzlüyünün içərisindən gömrük nəzarətindən gizlədilən, Belarus Respublikasının aksiz markası ilə markalanmış 9200 ədəd siqaret aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.