Strategiya.az bildirir ki, Trend-in xüsusi müxbirinin Bərdədən verdiyi məlumata görə, bu barədə mərkəzin həkim cərrahı Eldar Əhmədov jurnalistlərə açıqlamasında dedyib.
O bildirib ki, yaralılardan 2-si rayonun Çəmənli, biri Qaradağlı kəndinin sakinidir: "Yaralılar mərmi partlaması nəticəsində qəlpə yaraları, qapalı kəllə beyin travması və baş beyin silkələnməsi zədəsi alıblar. Xəstələrdən 1-inin vəziyyəti orta-ağır stabil, o birilər kafidir. Xəstələrdə qapalı kəllə beyin travması və baş beyin silkələnməsi və bədənin müxtəlif yerlərində sıydılmış yaralar müşahidə edilir".
1986 təvəllüdlü Çəmənli kənd sakini Zahid Rəhimov kəllə-beyin travması - kontuziya alıb.
1984-cü il təvəllüdlü Çəmənli kənd sakini Anar Abdullayev və 1985-ci il təvəllüdlü Qaradağlı kənd sakini Elgiz Qarayev isə qəlpə yarası alıblar.
Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən bir qrup Bərdə rayonuna gəlib.