Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, aprelin 27-də saat 23 radələrində Naxçıvan şəhəri ərazisində şəhər sakini Məhərrəm Bağırov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən həmyerliləri Səkinə Abdullayevanı və Pərvanə Əliyevanı vurub.
Xəstəxanaya yerləşdirilmiş S.Abdullayeva və P.Əliyeva aprelin 28-də orada ölüblər.
Naxçıvan ŞPİ tərəfindən araşdırma aparılır.