Strategiya.az Lent.az-a istinadən xəbər verir ki, aprelin 28-də keçirilən əməliyyat nəticəsində Azərbaycan Respublikası vətəndaşı, 1947-ci il təvəllüdlü Bakı şəhər sakini Rzayev Tofiq İbrahim oğlunun bir qrup şəxslə cinayət əlaqəsinə girərək Bakı şəhəri, Xəzər rayonunda yerləşən özünəməxsus heyvandarlıq sahəsində Azərbaycan Respublikası vətəndaşlarını məcburi əməyə məruz qoyması faktı müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.