Strategiya.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhərindəki apteklərdən birində şəhər sakini Aqil Kazımov 10 ədəd 3 qramlıq güclü təsir edici maddə olan “Lyrica” dərman həbini 50 manata satarkən saxlanılıb.
Aptekə baxış zamanı isə əlavə olaraq 153 ədəd ümumi çəkisi 45,9 qramlıq güclü təsir edici maddələr olan “Lyrica” dərman həbi, 220 ədəd “Kontramal” və 40 ədəd “Tramadol” ümumi çəkisi 35 qram olan dərman həbləri aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.