Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxış

15:39 / 02.05.2016

“Youtube” internet resursunda rusiyalı tarixçi və siyasi analitik, tarix elmləri namizədi Oleq Kuznetsovun “Vestnik Kavkaza” nəşrinin redaksiyasında çıxışının video-yazısı yerləşdirilib. O.Kuznetsov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə Rusiya qanunvericiliyi mövqeyindən baxışı şərh edir. Strategiya.az  AZƏRTAC-a istinadən həmin çıxışın mətnini təqdim edir.

“Mən hüquqi məsələlər üzərində diqqəti cəmləşdirmək istərdim – bu münaqişə və Dağlıq Qarabağ ətrafında yaranmış indiki vəziyyət Rusiya qanunvericiliyi baxımından necə təsir bağışlayır? İlk növbədə belə bir ritorik sual vermək istərdim: bütün dünyada, Dağlıq Qarabağ münaqişəsinin iştirakçısı olan Ermənistan istisna olmaqla, heç olmasa bircə dövlət varmı ki, o, Azərbaycanın ərazi bütövlüyünü tanımasın? Rusiya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Əgər regionu götürsək, (Azərbaycana həmhüdud olan digər dövlətlər -Türkiyə, İran, Gürcüstan), dünyanın aparıcı dövlətlərini götürsək (ABŞ, Fransa, BMT-nin Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzvləri olan ölkələr), bu dövlətlərdən heç biri Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan etməyib. Buna görə də, hazırda Ermənistan tərəfindən işğal edilmiş torpaqlar beynəlxalq hüquq baxımından Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Burada daha bir ritorik sual səsləndirmək istərdim: dünyada heç olmasa bir ölkə göstərin ki, o, qondarma “dağlıq qarabağ respublikası”nı tanısın. Bu qondarma qurumu Rusiya tanımır. Hətta Ermənistan özü də onun tanımır. Azərbaycan da tanımır. İran, Türkiyə və bundan əvvəl adlarını çəkdiyim siyahı üzrə heç bir dövlət onu tanımır. Buradan nə nəticə çıxır? Gurultulu şəkildə Arsax adlandırılan ərazidəki bütün strukturlar, xüsusən silahlı qurumlar Rusiya Federasiyası cinayət qanunvericiliyinə – Cinayət Məcəlləsinin 208-ci maddəsinə görə qanunsuz silahlı dəstələrdir. Bu barədə mübahisə etmək faydasızdır. Ola bilsin ki, Ermənistanda başqa nöqteyi-nəzər var, lakin Rusiya Cinayət Məcəlləsi baxımından bu, məhz belədir.

Daha bir sual yaranır: aprelin 2-5-də münaqişənin eskalasiyasından sonra Ermənistan Müdafiə Nazirliyi həlak olanların və onların dəfn edildiyi yerlərin siyahısını öz saytında dərc edib. Həmin siyahıda Dağlıq Qarabağın bircə sakininin də adı yoxdur. Belə çıxır ki, həmin ərazidəki işğalçı qoşunların tərkibində olan hər bir iştirak ya muzdlu hərbçilik, ya da Rusiya qanunvericiliyi baxımından qanunsuz silahlı dəstələrin müdaxiləsi sayılır. Bir daha deyirəm ki, mən Ermənistan Respublikasının qanunvericiliyini nəzərdə tutmuram.

Buradan belə bir ağlabatan nəticə çıxır: Azərbaycan Respublikası adlanan suveren dövlətin öz ərazisində cinayətkarları məhv etməsini ona kim qadağan edə bilər? Hətta burada toplaşan auditoriyaya daha sərt bir sual vermək istəyirəm: Bunu etməyə kim mane ola bilər? Bir daha təkrar edirəm, cinayətkarların Rusiya cinayət hüquq normaları baxımından məhv edilməsindən söhbət gedir. Əgər belədirsə, onda sual yaranır: qanunsuz silahlı dəstələrlə suveren dövlət arasında münaqişə necə həll edilməlidir? Suveren dövlət ya həmin silahlı dəstələri məhv etməli, ya onları öz ərazisindən sıxışdırıb çıxararaq gəldikləri yerə qaytarmalı, ya da onlara həmhüdud dövlətlərin vətəndaşları arasında qaynayıb-qarışmaq imkanı yaratmalıdır. Başqa sözlə desək, cinayətkarlara imkan verməlidir ki, onlar öz ərazilərinə qayıdaraq qonşu ölkələrin ərazisində öz cinayətkar fəaliyyətini davam etdirsinlər.

Dağlıq Qarabağ münaqişəsinin həllinin yenə də Rusiya hüquq sistemi baxımından yeganə ağlabatan variantı var: Ermənistan cinayətkarları Azərbaycan ərazisindən çıxarır və öz ərazisində onları mühakimə edir, paralel olaraq işğal edilmiş əraziləri Azərbaycan Respublikasının yurisdiksiyasına verir. Rusiya qanunvericilik sistemi baxımından başqa variant yoxdur”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM