Strategiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevralın 9-da Özbəkistan vətəndaşı Zeynəb Bağırovaya məxsus "Geeta Pharma" MMC-dən 5000 manat pul və məişət əşyaları oğurlamış Tovuz rayon sakini Tural Əhmədov tutulub.