Strategiya.az bildirir ki, idarədən Trend-ə məlumata görə, müsabiqə 3 mərhələdən (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) ibarətdir.
Müsabiqədə iştirak etmək istəyən müəllimlər 3.05.2016 - 10.05.2016-cı il tarixlərdə www.miq.edu.az/baku/ internet ünvanı vasitəsilə elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Yerdəyişmə üçün müraciət edən müəllim təqdim olunmuş vakant yerlərdən ən çoxu 3 yer seçə bilər.
Elektron qaydada müvafiq ərizə formasını doldurmaqla qeydiyyatdan keçmiş şəxslər ən geci 3 iş günü ərzində (sənədlərin təqdim edilməsi üçün son tarix 12.05.2016-cı ildir) müvafiq sənədləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinə təqdim etməlidirlər.
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün müraciət edən və ərizələrin elektron qaydada qeydiyyata alınmasında çətinlik çəkən şəxslərə köməklik göstərilməsi və qeydiyyatdan keçmiş şəxslər tərəfindən təqdim edilən yuxarıda göstərilən sənədlərin qəbul edilməsi məqsədilə 03.05.2016 - 12.05.2016-cı il tarixlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin inzibati binasında qəbul məntəqəsi (I-V günlər saat: 09:00 - 18:00, şənbə günü saat: 10:00 - 15:00) fəaliyyət göstərəcək.