Söhrab Tahiri

09:17 / 05.05.2016

Azərbaycanın ədəbi ictimaiyyətinə ağır itki üz vermişdir. Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Söhrab Əbülfəz oğlu Tahiri 2016-cı il mayın 4-də ömrünün 90-cı ilində vəfat etmişdir. 

Söhrab Tahiri 1926-cı il may ayının 27-də İranın Astara şəhərində anadan olmuşdur. Sonralar o, ailəsi ilə birlikdə Kirmanşah şəhərinə köçərək orada orta məktəbdə oxumuş və “İran-ingilis neft şirkəti”ndə çalışmışdır. Təhsilini davam etdirmək məqsədilə Bakıya gələn Söhrab Tahiri 1946–1950-ci illərdə Bakı Hərbi Məktəbinin, 1952–1957-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin tələbəsi olmuşdur.

1959–1961-ci illərdə Moskvada müdavimi olduğu Qorki adına Ali Ədəbiyyat kursunu bitirdikdən sonra Bakıya qayıdan Söhrab Tahiri “Azərbaycan” jurnalı redaksiyasında məsul katib, “Azərbaycan” qəzetinin və “Azərbaycan” jurnalının redaksiyalarında bədii şöbələrdə müdir, “Səhər” ədəbi-tarixi jurnalında baş redaktor müavini, 1984-cü ildən “Azərbaycan” jurnalının redaktoru, 1986–1991-ci illərdə isə Azərbaycan Yazıçılar Birliyi şeir şurasının sədri işləmişdir.

Söhrab Tahiri 1993–2003-cü illərdə Azərbaycan Elmlər Akademiyası Milli Münasibətlər İnstitutunun, 2003-cü ildən isə Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun əməkdaşı olmuşdur.

Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri Söhrab Tahiri dolğun və mənalı yaradıcılıq yolu keçmişdir. Ədəbiyyat aləminə 1949-cu ildə “Azərbaycan” qəzetində dərc edilmiş şeiri ilə gələn şair həyatının altmış ildən artıq bir dövrü ərzində ədəbi söz xəzinəmizə dəyərli töhfələr vermişdir. Söhrab Tahiri poeziyası ənənəyə yaradıcı münasibətilə səciyyələnmiş və özünəməxsus obrazlılıq tərzi, üslub keyfiyyətləri, poetik axıcılığı sayəsində daim oxucularının rəğbətini qazanmışdır. Ana dilinə hədsiz məhəbbətlə yanaşaraq onun misilsiz bədii imkanlarından məharətlə faydalanan sənətkarın yaradıcılığı milli-mənəvi dəyərlərin təbliğinə, vətənpərvərlik hisslərinin aşılanmasına xidmət göstərir. Poeziyamızın azadlıq ideyaları ilə zənginləşməsində və gənc nəslin tarixi-mədəni irsə bağlılıq ruhunda tərbiyəsində onun yaradıcılığının böyük əhəmiyyəti vardır.

Söhrab Tahirinin 30-dan çox kitabda toplanmış şeir və poemalarının, hekayə, povest və romanlarının başlıca leytmotivini Azərbaycana dərin bağlılıq, xalqın azadlıq uğrunda mübarizəsinin və zəngin mənəvi dünyasının tərənnümü təşkil edirdi. Bütün yaradıcılığı boyu azərbaycançılıq məfkurəsinə sadiq qalan şair Azərbaycan xalqının əsrlər boyu yaşadığı mürəkkəb tarixi keçmişin ən kəşməkəşli mərhələləri ilə bağlı fikir və düşüncələrini əsərlərində məharətlə əks etdirmişdir. Onun parlaq bədii dillə qələmə aldığı bu əsərlər xalq ruhuna dərindən bağlılığı və geniş epik lövhələrin zənginliyi ilə seçilir. Söhrab Tahiri şeir və nəsrlə yanaşı, ədəbi-tənqidi və publisistik məqalələrin müəllifi kimi də tanınırdı.

Söhrab Tahirinin uzunmüddətli ədəbi fəaliyyəti yüksək qiymətləndirilmişdir. O, Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə bir sıra fəxri ad və medallarla təltif edilmiş, Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan “Şöhrət” ordeninə layiq görülmüşdür.

Xalq şairi Söhrab Tahirinin əziz xatirəsi onun tanıyanların qəlbində həmişə yaşayacaqdır.

Allah rəhmət eləsin!

İlham Əliyev

Artur Rasizadə

Oqtay Əsədov

Ramiz Mehdiyev

Elçin Əfəndiyev

Hacıbala Abutalıbov

Fatma Abdullazadə

Əbülfəs Qarayev

Akif Əlizadə

Anar Rzayev

Fikrət Qoca

Nəriman Həsənzadə

Mövlud Süleymanlı

Çingiz Abdullayev

X X X

Mərhumun cənazəsi vidalaşmaq üçün 2016-cı il mayın 5-də saat 12.00-dan 14.00-dək Təzəpir məscidində qoyulacaqdır.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM