“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi olub
Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib.
Strategiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin üzvləri, həmçinin bir sıra nüfuzlu beynəlxalq təşkilatların təmsilçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Mərasim iştirakçılarını salamlayan şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları Avropanın Gənclər Paytaxtında, Azərbaycanın qədim və zəngin mədəniyyətə malik ən gözəl şəhərlərindən biri olan Gəncədə görməkdən məmnun olduğunu bildirdi və tədbiri açıq elan etdi.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Prezident İlham Əliyevin “Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına ünvanlanmış məktubunu oxudu.
Açılış mərasimində çıxış edən Əli Həsənov “Avropa Gənclər Paytaxtı”nın Avropa Gənclər Forumunun 2009-cu ildən etibarən həyata keçirdiyi çox mühüm beynəlxalq layihə olduğunu bildirdi. Qeyd etdi ki, Gəncə şəhərinin 2016-cı il üçün Avropa Gənclər Paytaxtı seçilməsi Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir hadisədir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırdı ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olub. Azərbaycan coğrafi mövqeyinə görə həm Avropaya, həm də Asiyaya aiddir. Azərbaycanlılar düşüncə və həyat tərzlərinə görə asiyalı olduqları qədər də avropalıdırlar. Bu baxımdan Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyət Paytaxtı”, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin isə 2016-cı il “Avropa Gənclər Paytaxtı” elan edilməsi tamamilə təbii bir haldır.
Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsində Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğurların və topladığı təcrübənin mühüm rol oynadığını vurğulayan Əli Həsənov dedi: “Müstəqillik illərində Azərbaycanda gənclər siyasətinin uğurlu modeli formalaşıb. Hər 5 ildən bir Azərbaycan Respublikasının Prezidenti tərəfindən gənclərlə bağlı dövlət proqramları təsdiq edilir. Ötən il isə dövlətimizin başçısı “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nı təsdiqləyib.
Hazırda ölkəmizdə gənclərin təhsil almasına, idmanla məşğul olmasına, asudə vaxtının səmərəli təşkilinə, istedadlı və yaradıcı gənclərin inkişafına xidmət edən minlərlə təhsil, səhiyyə və mədəniyyət müəssisəsi, digər ictimai obyektlər fəaliyyət göstərir. Son illər paytaxt Bakıda və regionlarda 40-dək gənclər evi inşa edilib. Onlardan biri də bu gün Gəncədə istifadəyə veriləcək”.
Azərbaycanda Gənclər və İdman Nazirliyi ilə yanaşı, Gənclər Fondunun da fəaliyyət göstərdiyini bildirən Əli Həsənov dedi ki, dövlət tərəfindən həm gənclər təşkilatlarının, həm də fərdlərin layihələrinə dəstək verilir. Gənclər Fondu fəaliyyət göstərdiyi 4 il ərzində 3226 layihəni maliyyələşdirib. Müstəqillik dövründə Azərbaycanda gənclər siyasəti sahəsində qazanılmış nailiyyətləri və toplanmış təcrübəni nəzərə alaraq, BMT 2014-cü ildə Gənclər Siyasəti üzrə 1-ci Qlobal Forumun Bakıda keçirilməsi barədə qərar qəbul edib.
Əli Həsənov Gəncənin 2016-cı il üçün “Avropanın Gənclər Paytaxtı” seçilməsində Azərbaycandakı gənclər təşkilatlarının beynəlxalq gənclər platformaları ilə sıx əməkdaşlığının da mühüm rol oynadığını bildirdi. Qeyd etdi ki, hazırda ölkəmizin 30-dək gənclər təşkilatı Avropa məkanında fəaliyyət göstərən müvafiq beynəlxalq təşkilatların tamhüquqlu üzvüdür. Ölkəmizdə üzv təşkilatların sayına görə ən böyük gənclər platforması olan Gənclər Təşkilatları Milli Şurası 20 ilə yaxındır ki, Avropa Gənclər Forumunda Azərbaycanı təmsil edir.
Digər mühüm faktorun Azərbaycanın qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etməsi olduğunu vurğulayan Əli Həsənov dedi ki, son illər ölkəmizdə Dünya Dini Liderlərinin Zirvə Toplantısı, Mədəniyyətlərarası Dialoq Forumları, Beynəlxalq Humanitar Forumlar, “Avroviziya” musiqi yarışması, İlk Avropa Oyunları yüksək səviyyədə keçirilib. Bir neçə gün əvvəl Bakıda 140-dan çox ölkənin iştirakı ilə keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu da belə tədbirlərdəndir.
Prezident Administrasiyasının rəsmisi qeyd etdi ki, 2016-cı ildə həm Azərbaycan, həm də Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək. İl ərzində Gəncədə gənclərlə bağlı yüzlərlə tədbirin keçirilməsi nəzərdə tutulub. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaq.
Əli Həsənov diqqətə çatdırdı ki, Azərbaycan Prezidenti İlham Əliyev Gəncə şəhərinin nüfuzlu ada layiq görülməsini yüksək qiymətləndirərək, 2016-cı il fevralın 24-də “Gəncə şəhərinin “2016-cı il Avropa gənclər paytaxtı” seçilməsi ilə əlaqədar tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən 9 nazirlik və 2 dövlət komitəsinin, habelə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun üzərinə konkret vəzifələr qoyulub. Gənclər Fondu verilmiş tövsiyə əsasında 2016-cı il üzrə maliyyə yardımı müsabiqələrində Gəncə şəhərinin 2016-cı il “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı layihələri prioritet istiqamət kimi nəzərdə tutub. Fond bir müddət əvvəl başa vurduğu 8-ci qrant müsabiqəsində gənclər təşkilatlarının Gəncə şəhərində keçirilməsi planlaşdırılan 28 yerli və 6 beynəlxalq, fiziki şəxslərin isə 59 layihəsini dəstəkləyib. Fondun növbəti müsabiqələrində də Gəncə şəhərinin 2016-cı il “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə bağlı təşəbbüslər prioritet olacaq.
Prezident Administrasiyasının rəsmisi çıxışında belə bir maraqlı müqayisə apardı: Dünyada gənclər ümumi əhalinin 28 faizini, Avropada 21 faizini, Azərbaycanda 28,1 faizini təşkil edir. Gəncədə isə bu göstərici daha yüksəkdir – 29,6 faiz.
Müvafiq dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və fəal gənclərin birgə səyi ilə Gəncə şəhərində il ərzində maraqlı layihələrin həyata keçiriləcəyini bildirən Əli Həsənov əminliklə vurğuladı ki, Azərbaycan beynəlxalq tədbirlərə ən yüksək səviyyədə ev sahibliyi etməyə qadir olduğunu növbəti dəfə nümayiş etdirəcək.
“Gəncə-2016-cı il Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminə toplaşan qonaqları, eləcə də şəhərin gənclərini təbrik edən gənclər və idman naziri Azad Rəhimov bildirdi ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Gənclər və İdman Nazirliyi, eləcə də digər dövlət qurumları xüsusi tədbirlər planı işləyib hazırlayıb və artıq müxtəlif tədbirlər həyata keçirilməkdədir.
Nazir qeyd etdi ki, Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələr içərisində “Avropa Gənclər Paytaxtı” tituluna sahib olan ilk ölkədir. Bunun başlıca səbəbi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi gənclərin hərtərəfli inkişafına, onların potensialının aşkar edilməsinə və cəmiyyətin müxtəlif sahələrində fəal iştirakına şərait yaradılmasıdır.
Ümummilli lider Heydər Əliyev ideyalarının əsasında qurulan dövlət gənclər siyasətinin əsas hədəfi müstəqil dövlətin gənc vətəndaşlarını tərbiyə etmək, onların intellektual və yaradıcılıq potensialını gücləndirmək, eləcə də gənc peşəkar mütəxəssislərin dövlət idarəçiliyinə cəlb etməkdir.
Bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayan A.Rəhimov bildirdi ki, hazırda ölkə gənclərinin beynəlxalq təşkilatlarla əməkdaşlığına dövlət tərəfindən hərtərəfli dəstək verilir. Azərbaycanda gənclər hərəkatı geniş vüsət alıb, 350-dən çox gənclər təşkilatları fəaliyyət göstərir. Gənclər və İdman Nazirliyi tərəfindən 2011-2015-ci illər ərzində gənclər təşkilatlarının irəli sürdüyü 342 layihə dəstəklənib.
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran nazir dedi ki, Gəncə Azərbaycanın qədim və zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzlərindən biridir. Belə mədəni müxtəliflik Gəncənin nəinki Azərbaycanın mədəniyyət mərkəzi kimi, həm də Avropa gənclərinin paytaxtı kimi bütün dünyada tanınmasına imkan yaradır.
Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxışlarında Avropanın Gənclər Paytaxtı seçilməsinin Gəncəyə beynəlxalq əlaqələri inkişaf etdirmək üçün daha böyük şans verdiyinə diqqət çəkdilər. Bildirdilər ki, bu, gənclər üçün də əlavə imkanlar yaradır. Belə ki, onlar il ərzində avropalı həmyaşıdları ilə sıx əlaqə yarada biləcəklər.
Türkiyənin Əskişəhər valisi Əzim Tunar Güngör çıxışında Gəncənin bu titula yiyələnməsinin ortaq mədəniyyət və işbirliyi baxımından əhəmiyyətini diqqətə çatdırdı.
Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsi ilk dəfə 2009-cu ildə Avropa Gənclər Forumu tərəfindən irəli sürülüb. Layihənin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsi, Avropa gənclər paytaxtları seçilmiş şəhərlərin aid olduğu ölkələrin gənclər təşkilatları milli şuraları arasında təcrübə mübadiləsinin aparılmasıdır. Avropanın ilk gənclər paytaxtı 2009-cu ildə Niderlandın Rotterdam şəhəri seçilib. Daha sonra Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) Avropa gənclər paytaxtları olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir. Onun 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi barədə qərar 2013-cü il aprelin 10-da Yunanıstanın Saloniki şəhərində elan edilib.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM